• Şimali Kipr məktəblərində Azərbaycan tarixi tədris olunacaqŞimali Kipr məktəblərində Azərbaycan tarixi tədris olunacaq
  • Azərbaycan diaspor rəhbəri İzmirdə bələdiyyə sədri ilə görüşübAzərbaycan diaspor rəhbəri İzmirdə bələdiyyə sədri ilə görüşüb
  • Nyu Yorkda keçirilən Türk Günü yürüşündə Azərbaycan diasporu da iştirak edibNyu Yorkda keçirilən Türk Günü yürüşündə Azərbaycan diasporu da iştirak edib
  • "Azərbaycan Kıbrıs Dostluq Cəmiyyəti" Rusiya Federal Məclisinə müraciət edib
  • Vaqif Səmədoğlunun Parisdə xatirə gecəsi keçiriləcəkVaqif Səmədoğlunun Parisdə xatirə gecəsi keçiriləcək


TÜRKİYƏ


 Azərbaycan Kültür Dərnəyi

1949-cu ildə Türkiyədə dünyada ilk Azərbaycan diaspor təşkilatı kimi tarixə düşmüş Azərbaycan Kültür Dərnəyi yaradılmışdır. Bu təşkilat Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Məmməd Əmin Rəsulzadə tərəfindən təsis edilmişdir. Dərnəyin ilk sədri Həmid Atanan olmuşdur. 1952-ci ildə dərnək “Azərbaycan” jurnalının nəşrinə başlamış, istiqlaliyyət ideyalarının təbliğinə çalışmışdır. Bununla yanaşı, Azərbaycanın zəngin mədəni irsini və qədim tarixini təbliğ edən bir sıra kitablar da məhz bu dərnəyinyardımı ilə nəşr edilmişdir. Dərnəyin fəaliyyətinə H.Atanandan sonra R.Unsal, Kərim Odal, Əhməd Yasaf, Cəmil Odeli, İsgəndər Ağuzum, Məhəmməd Kəngərli və Camal Unsal rəhbərlik etmişlər. Azərbaycan Kültür Dərnəyinin sədri C.Unaldır.

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası 2004-cü  ildə Kocaelidə təsis edilmişdir. Federasiyanın fəaliyyəti nəticəsində demək olar ki, Kocaeli ictimaiyyəti Azərbaycanın dostluğu, qardaşlığı, tarixi əlaqələrinə yaxşı bələddir. Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının fəaliyyəti nəticəsində 2010-cu il Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində Kartəpə bələdiyyəsində Heydər Əliyev parkı açılmışdır. 2011-ci il noyabrın 29-da isə Perincedə başqa bir park istifadəyə verilmişdir. Bundan başqa Azərbaycan Mədəniyyət Mərkəzi və Mərkəzin tərkibində Heydər Əliyev kitabxanası, muzeyinin yaradılması da planlaşdırılır. Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası Dağlıq Qarabağ münaqişəsi və onun nəticələri barədə də işlər aparır, dünya ictimaiyyətini Azərbaycanın problemlərinə biganə qalmamağa çağırır. Bu istiqamətdə aparılan səylər nəticəsində Federasiya Balıkesir bələdiyyəsi tərəfindən ermənilərin Xocalıda törətdiyi vəhşiliklərin soyqırım kimi tanınması barədə qərarın qəbuluna nail olmuşdur. Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dundardır.


Türkiyə-Azərbaycan Dostluq Vəqfi

1996-cı ildə görkəmli alim İhsan Doğramacının təşəbbüsü əsasında ulu öndər Heydər Əliyev və Türkiyənin 9-cu Prezidenti Süleyman  Dəmirəlin fəxri sədrliyi ilə Türkiyə- Azərbaycan Dostluq Vəqfi təşkil olunmuşdur. Vəqfin ilk təşəbbüsü isə Türkiyədə Azərbaycan Evinin açılmasının təşkili olmuşdur. Bununla yanaşı, 2003-cü ildə yaradılmış İzmir Azərbaycan Kültür Evi və Dayanışma Dərnəyi, Manisa Azərbaycan Kültür və Dayanışma Dərnəyi, Balıkesir Azərbaycan Evi Dərnəyi, İstanbul Azərbaycan Kültür və Dayanışma Dərnəyi, 2004-cü ildə təsis edilmiş Bursa Azərbaycan Evi Dərnəyi, Kocaeli Azərbaycan Evi Dərnəyi, Çanakkale Azərbaycan Evi Dərnəyi, Aydın Azərbaycan Evi Dərnəyi, Muğla Azərbaycan Evi Dərnəyi, Adana Azərbaycan Kültür və Dayanışma Dərnəyi, Antaliya Azərbaycan Evi Dərnəyi, Ankara Azərbaycan Kültür və Dayanışma Dərnəyi, İqdır Azərbaycan Kültür və Dayanışma Dərnəyi, Hatay Azərbaycan Türk Kültür Mərkəzi, Manisa Azərbaycan Kültür və Dayanışma Mərkəzi, Hatay-Durtyol Azərbaycan Türk Kültür Dərnəyi, Ədirnə Azərbaycan Evi Dərnəyi, Azərbaycanlıların Dayanışma Dərnəyi qardaş ölkədə yaşayan soydaşlarımızı öz ətrafında birləşdirərək, ölkəmiz haqqında həqiqətlərin yayılmasında fəal iştirak edir.

 

Türkiyə-Azərbaycan Strateji Araşdırmalar Mərkəzi

2006-cı ilin noyabr ayında Türkiyədə təsis edilmiş Türkiyə-Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin fəaliyyətinin əsas istiqamətlərindən biri də “erməni soyqırım” iddiaları ilə bağlı elmi-praktik konfranslar təşkil elmək, bu iddiaların reallıqdan tamamilə uzaq olduğunu sübut edən elmi araşdırmaların nəticələri barədə dünya ictimaiyyətini məlumatlandırmaqdır. Mərkəzin nəzdində ayrı-ayrı sahələr üzrə fəaliyyət göstərən bölmələr var. Mərkəz Azərbaycanla Türkiyə arasında münasibətlərin inkişafına da töhfə verməyə çalışır, iki qardaş ölkənin dostluq və əməkdaşlıq əlaqələrinin dərinləşməsinə xidmət edən tədbirlər təşkil edir.

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2009-07-21
AZƏRBAYCAN DİASPORU: BÖYÜK YOLUN BAŞLANĞICI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved