• Azərbaycan və Gürcüstanın gənclər təşkilatları arasında əlaqələr genişlənir  Azərbaycan və Gürcüstanın gənclər təşkilatları arasında əlaqələr genişlənir
  • Azərbaycanlı gənc Ermənistanın Rusiyadakı səfirliyi qarşısında etiraz aksiyası keçiribAzərbaycanlı gənc Ermənistanın Rusiyadakı səfirliyi qarşısında etiraz aksiyası keçirib
  • Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib
  • Azərbaycan nümayəndə heyəti BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunda iştirak edibAzərbaycan nümayəndə heyəti BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunda iştirak edib
  •  Mülki azərbaycanlıların qətlə yetirilməsi ilə bağlı Almaniyada mitinq keçirilib Mülki azərbaycanlıların qətlə yetirilməsi ilə bağlı Almaniyada mitinq keçirilib


UKRAYNA


 Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu

20 fevral 2013-cü ildə Kiyevdə “Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu” ümumukrayna ictimai təşkilatının açılış mərasimi keçirilmişdir (UABD)

Təşkilatın sədri və bilavasitə lideri hüquq elmləri namizədi Hikmət Cavadovdur.

UABD  fəaliyyətinin əsas məqsədi Ukrayna və Azərbaycan icmasının, eləcə də Ukraynada Azərbaycan diasporunun möhkəmlənməsinə, birləşməsinə və əməkdaşlığın qurulmasına kömək, öz üzvlərinin qanuni, sosial, milli,  mədəni, yaradıcılıq, idman və digər ümumi maraqlarının qorunmasına yardım etməkdən ibarətdir. Ukraynanın bir çox regionlarında fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları UABD-nın tərkibində birləşiblər.

 

UABD-nin əsas vəzifələri aşağıdakılardır:

- Təşkilatın üzvlərin layiqli həyat şəraitinin və mənafelərinin qanuni şəkildə    qorumaq;

- Ukraynada azərbaycan diasporunun təşəkkülündə mütərəqqi ideyaların hazırlanması və icrasına dəstək, hərtərəfli təşkilat üzvlərinin sosial, hüquqi, iqtisadi, mədəni inkişafına kömək göstərilməsi;

- Ukraynada azərbaycan mədəniyyətinin təbliği və inkişafı üçün şərait yaradılmasında iştirak;

- Ukraynada azərbaycanlılarının öz qanuni hüquqlarının və azadlıqlarının həyata keçirilməsi üçün şərait yaradılmasında iştirak;

- Ukraynada azərbaycan diasporunun inkişafına və təbliğinə yönəlmiş işlərin aparılması;

- Ukrayna ərazisində mövcud olan bütün diaspor təşkilatlarının vahid Ukrayna azərbaycanlıları adı altında birləşdirilməsinə nail olmaq;

- Azərbaycanlıların öz hüquq və azadlıqlarınının müdafiə etməsi üçün bütün Ukrayna üzrə birləşməsinə yardım;

- Həmvətənlərimizin təşkilatlanmasının inkişafına, onun tarixi şüurunun, adət-ənənələrinin  möhkəmləndirilməsinə, eləcə də təşkilat üzvlərinin etnik, mədəni, dil xüsusiyyətlərinin inkişafına yardım.

 

 Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresi (UABK)  

“Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresi" ictimai təşkilatı  5 oktyabr 2013-cü ildə Kiyev şəhərində təsis olunmuşdur.                                                                                            

UABK öz fəaliyyətində demokratik prinsiplərə, azərbaycan və ukrayna xalqlarının humanist ənənələrinə əsaslanır və öz üzvlərinin milli-mədəni, mənəvi, ictimai-siyasi, yaradıcılıq tələbatının ödənilməsi üçün sosial-mədəni tədbirlər keçirir, habelə vətəndaşların hüquqlarının və qanuni maraqlarının müdafiəsi üçün də tədbirlər görür.

Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresi  Ukrayna və Azərbaycanın ictimai təşkilatları ilə sıx əməkdaşlıq edir.

Hal-hazırda Konqresin regional təşkilatları Ukraynanın bir çox vilayətlərində fəaliyyət göstərir.

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi  aktiv ictimai fəaliyyət göstərir, bir çox mədəni və xeyriyyə aksiyalarında iştirak edir və təşkilatçısı kimi çıxış edir.

Əksər regional təşkilatların bazasında bazar günü məktəbləri fəaliyyət göstərir, orada peşəkar müəllimlər azərbaycan dili, ədəbiyyat, tarix, coğrafiya fənnini tədris edir, həmçinin  gələcək nəsli azərbaycan və ukrayna xalqlarının adət və ənənələri ilə tanış edirlər.

 

“Dostluq” – Azərbaycan-Ukrayna Xarkov vilayət təşkilatı

“Dostluq” – Azərbaycan-Ukrayna Xarkov vilayət təşkilatı noyabr 19-u 1999-cu ildə Xarkov vilayətində təsis edilmişdir. Təşkilatın ətrafında müxtəlif  millətləri təmsil edən 500-dən çox nümayəndə toplaşmışdır. “Dostluq” təşkilatının əsas məqsədi milli adət-ənənələrin qorunması və inkişaf  etdirilməsində buradakı azərbaycanlıların səylərinin birləşdirilməsidir. Həmçinin, Ukrayna və Azərbaycan arasındakı mədəni və iqtisadi əlaqələrin möhkəmləndirilməsi, Ukraynada yaşayan azərbaycanlıların  hüquq və maraqlarının təmin olunmasında yardımcı olmaqdır. Təşkilatın nəzdind“Dostluq” Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzi, “Azərbaycan  inciləri” adlı rəqs qrupu, “Qarabağ”folklor ansamblı, "Natəvan" Qadınlar Klubu, "Novruz" Gənclər Klubu, hüquqi xidmət fəaliyyət göstərir.“Dostluq” təşkilatı ötən illər ərzində Ukraynada bir sıra sosial, mədəni, təhsil və xeyriyyə layihələri həyata keçirmişdir.“Dostluq- Azərbaycan-Ukrayna Xarkov vilayət təşkilatının sədri Murad Ömərovdur.
 
 
Ukrayna Azərbaycanlı Gənclər Birliyi
 
(UAGB)
 
Ukrayna Azərbaycanlı Gənclər Birliyi (UAGB) 2010-cu ildə təsis edilmişdir. Ukraynanın 19 vilayətində regional təşkilatlarını yaradan birliyin nəzdində şən və hazırcavablar  klubu, milli musiqi ansamblı,“Bakı” futbol komandası fəaliyyət göstərir. Birliyin əsas məqsədi xalqımızın qədim adət-ənənələrini, zəngin mədəni irsini qoruyub yaşatmaq, Azərbaycan həqiqətlərini təbliğ etmək, əsasən də, Ukraynada böyüməkdə olan azərbaycanlı gənclərin bu ölkənin ictimai- siyasi həyatına inteqrasiya olunmalarını təmin etməkdən ibarətdir. Ukrayna Azərbaycanlı Gənclər Birliyinin (UAGB) sədri İlhamə Allahverdiyevadır.
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2009-10-14
AZƏRBAYCAN-TÜRKİYƏ: BİR MİLLƏT İKİ DÖVLƏT VAHİD DİASPOR
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved