• Əskişəhər Azərbaycanlılar Dərnəyi Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə futbol turniri təşkil edibƏskişəhər Azərbaycanlılar Dərnəyi Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə futbol turniri təşkil edib
  •  Fuad Muradovun Türkiyə Respublikasına rəsmi səfəri davam edir Fuad Muradovun Türkiyə Respublikasına rəsmi səfəri davam edir
  • Türkiyə Böyük Millət Məclisin sədri Fuad Muradovu qəbul edibTürkiyə Böyük Millət Məclisin sədri Fuad Muradovu qəbul edib
  • Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türkiyə Respulikasında rəsmi səfərdədirDiasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türkiyə Respulikasında rəsmi səfərdədir
  • Diaspor rəhbəri Misir televiziyasına müsahibə veribDiaspor rəhbəri Misir televiziyasına müsahibə verib


YENİ ZELLANDİYA


 Azərbaycan-Yeni Zelandiya Dostluq Cəmiyyəti

Azərbaycan-Yeni Zelandiya Dostluq Cəmiyyəti 2006-cı ilin mayında yaradılmışdır. Təşkilat buradakı azərbaycanlıların maraqlarının müdafiə olunması, eləcə də Azərbaycan məhsullarının Yeni Zelandiyada təqdimatı istiqamətində mühüm fəaliyyət göstərir. Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə, eləcə də Yeni Zelandiya əhalisinə çatdırılması  digər diaspor  təşkilatları kimi Azərbaycan-Yeni Zelandiya Dostluq Cəmiyyəti üçün də ən ondə duran vəzifələrdəndir. Cəmiyyət Vətənimizin Qarabağ dərdi barədə müxtəlif  təbəqələrdən olan insanlara məlumatlar çatdırır. Xocalı soyqırımının  ildönümü ilə bağlı ənənəvi olaraq müxtəlif universitetlərin tələbələrilə tədbirlər kecirilir. Cəmiyyət Oklenddə, ümumilikdə Yeni Zelandiyada yaşayan türk diaspor təşkilatları ilə sıx əlaqələr saxlayır. Təşkilat tərəfindən təşkil edilən tədbirlərin böyük əksəriyyətində həm türk, həm də Cənubi Azərbaycandan olan qardaşlarımız fəal iştirak edirlər. Azərbaycan-Yeni Zelandiya Dostluq Cəmiyyətinin sədri Mirnasim Zeynalovdur.

 

Azəri-Azərbaycan Yeni Zelandiya Dostluq Cəmiyyəti

Azəri-Azərbaycan Yeni Zelandiya Dostluq Cəmiyyəti 2007-ci ildən fəaliyyətə başlamışdır. Cəmiyyətin yaradılmasında məqsəd Yeni Zelandiyada yaşayan azərilər arasında birlik yaratmaqdır. Eyni zamanda, Cəmiyyət Yeni Zelandiyada Azərbaycan Respublikasının maraqlarının layiqli şəkildə təqdim edilməsi, milli adət-ənənələrin qorunub saxlanması, azərbaycancılıq ideyası ətrafında birləşmək, həmcinin Azərbaycan barədə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında ölkə əhalisinin müxtəlif təbəqələrindən olan insanlara düzgün məlumatın çatdırılması istiqamətində fəaliyyət göstərir. Azəri-Azərbaycan Yeni Zelandiya Dostluq Cəmiyyətinin sədri Qalib Mahmudovdur.

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-01-05
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI (III KİTAB)
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved