• Azərbaycan Qılıncoynatma Federasiyasının hesabat-seçki konfransı keçirilibAzərbaycan Qılıncoynatma Federasiyasının hesabat-seçki konfransı keçirilib
  •  Prezidentlərin övladları Azərbaycana gələcək Prezidentlərin övladları Azərbaycana gələcək
  • Bakı şəhərində Qlobal Gənc Liderlər Forumu keçiriləcəkBakı şəhərində Qlobal Gənc Liderlər Forumu keçiriləcək
  • Türkiyənin diplomatik jurnalı Zəhradan yazıbTürkiyənin diplomatik jurnalı Zəhradan yazıb
  • Azərbaycan və Gürcüstanın gənclər təşkilatları arasında əlaqələr genişlənir  Azərbaycan və Gürcüstanın gənclər təşkilatları arasında əlaqələr genişlənir


AVROPA AZƏRBAYCANLILARI KONQRESİNİN (AAK) IV QURULTAYI


AVROPA AZƏRBAYCANLILARI KONQRESİNİN (AAK) IV QURULTAYI
 
29 aprel 2012-ci il tarixində Almaniyanın paytaxtı Berlin şəhərində Avropa Azərbaycanlıları Konqresinin (AAK) IV Qurultayı keçirilmişdir. Qurultayda Avropa Azərbaycanlıları Konqresinə üzv təşkilatların rəhbərlərinin, Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələrinin, millət vəkillərinin, xarici ölkə deputatlarının, AAK-a üzv olmayan Azərbaycan cəmiyyət və birliklərinin, həmçinin digər xalqların diaspor təşkilatlarının təmsilçiləri iştirak etmişdir.
Qurultayda AAK prezidenti Başar Kömürün ötən qurultaydan keçən müddət ərzində görülmüş işlərə dair hesabat məruzəsi dinlənilmişdir. Daha sonra digər qurultay nümayəndələri və qonaqlar çıxış edərək AAK-ın ötən dövrdəki fəaliyyətinə, təşkilatın qarşısında dayanan vəzifələrin icrasına qiymət vermişlər. 
Qurultay çərçivəsində Avropada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları arasında əməkdaşlığın inkişafı sahəsində qarşıda duran vəzifələr, xalqımızın tarixi və müasir həyatı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının yeni metod və texnologiyaları barədə müzakirələrin aparılması, AAK-a yeni üzv-təşkilatların qəbulu da baş tutmuşdur. 
Toplantıda “Gücümüz birliyimizdədir” sənədli filmi nümayiş etdiriləcək, toplantı çərçivəsində Dünya Azərbaycanlılarının III Qurultayının yekunlarına həsr olunmuş kitabın təqdimatı keçirilmişdir. 
Qurultayda Avropa Azərbaycanlıları Konqresinin rəhbər orqanları seçilmiş, həmçinin bir sıra sənədlər, o cümlədən Avropa Azərbaycanlıları Konqresinin IV Qurultayının Qətnaməsi qəbul edilmişdir. AAK-ın IV Qurultayında “Avropa Azərbaycanlıları Konqresi Fəxri Prezidentlərinin Məşvərət Şurası” yaradılmışdır.
 
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-01-05
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI (III KİTAB)
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved