• ABŞ-dakı diaspor təşkilatları bəyanat yayıbABŞ-dakı diaspor təşkilatları bəyanat yayıb
  • Yunanıstanda Beynəlxalq Dil Festivalı keçirilibYunanıstanda Beynəlxalq Dil Festivalı keçirilib
  • Kanadadakı Azərbaycan icması Helsinki dinləmələrinə etiraz edirKanadadakı Azərbaycan icması Helsinki dinləmələrinə etiraz edir
  • Laçının işğalından 26 il ötürLaçının işğalından 26 il ötür
  • Fuad Muradov Rumıniyanın Azərbaycandakı səfiri ilə görüşübFuad Muradov Rumıniyanın Azərbaycandakı səfiri ilə görüşüb


AVROPA AZƏRBAYCANLILARI KONQRESİNİN TOPLANTISI


AVROPA AZƏRBAYCANLILARI KONQRESİNİN TOPLANTISI
 
  2006-ci ilin iyunun 9-da Türkiyənin Antalya şəhərində Avropa Azərbaycanlıları Konqresinin toplantısı keçirilmişdir.
  Toplantını açan N.İbrahimov AAK üzvlərini salamlamış, təşkilatın ötən müddət ərzində bir sıra uğurlara imza atdığını vurğulamışdır. O, Dünya Azərbaycanlılarının II Qurultayından sonra Azərbaycan diasporunun tarixində yeni mərhələnin başlandığını söyləyərək AAK-ın bu mərhələdə daha güclü təşkilata çevrilməsinin vacib olduğunu qeyd etmişdir.
  AAK-ın prezidenti Bahəddin Kaya təşkilatın ötən dövrdəki fəaliyyəti barədə ətraflı məlumat vermiş, onun daha çevik bir quruma çevrilməsinə ehtiyac olduğunu vurğulamışdır.
  Almaniyadakı Maynz Azərbaycan Cəmiyyətinin sədri Başar Kömür, Niderland Azərbaycan Cəmiyyətinin sədri Sahil Qasımov, Estoniya parlamentinin üzvü Eldar Əfəndiyev, Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktoru Eldar Quliyev və başqaları da öz çıxışlarında AAK-ın strukturlarının təkmilləşdirilməsi və təşkilatın fəaliyyətində ciddi dönüş yarada bilən islahatların aparılması ilə bağlı fikirləri dəstəklədiklərini bildirmişdilər.
  Müzakirələrin nəticəsi olaraq, bu ilin oktyabr ayında AAK-ın növbəti hesabat-seçki konfransının keçirilməsi ilə bağlı qərar qəbul olunmuşdur. Hesabat-seçki konfransının keçiriləcəyi dövrə qədər təşkilat üzvlərinin öz təkliflərini təşkilat komitəsinə təqdim etmələri və Azərbaycan həqiqətlərinin Avropa ictimaiyyətinə çatdırılmasını nəzərdə tutan proqramlar hazırlamasının məqsədəuyğun olduğu bildirilmişdir.
 
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-09-29
TÜRKDİLLİ XALQLARIN DİASPORLARI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved