• Azərbaycan diasporu Strasburqda Türkiyəyə dəstək aksiyası keçiribAzərbaycan diasporu Strasburqda Türkiyəyə dəstək aksiyası keçirib
  • İzmirdə Xocalı abidəsi ucaldılacaqİzmirdə Xocalı abidəsi ucaldılacaq
  • Soydaşımız Qazaxıstanda yüksək vəzifəyə təyin edilibSoydaşımız Qazaxıstanda yüksək vəzifəyə təyin edilib
  • Stokholmda qeyd edilən uşaq bayramına azərbaycanlılar da qatılıbStokholmda qeyd edilən uşaq bayramına azərbaycanlılar da qatılıb
  • Leyla Əliyevanın təşəbbüsü ilə MDU-nun Botanika bağında ağacəkmə aksiyası keçirilibLeyla Əliyevanın təşəbbüsü ilə MDU-nun Botanika bağında ağacəkmə aksiyası keçirilib


"AZİZ" - AZƏRBAYCAN-İSRAİL BEYNƏLXALQ ASSOSİASİYASININ II QURULTAYI


“AZİZ” - AZƏRBAYCAN-İSRAİL BEYNƏLXALQ ASSOSİASİYASININ II QURULTAYI
 
7 iyun 2012-ci il tarixində İsrailin Təl-Əviv şəhərində “Azİz” - Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının II Qurultayı keçirilmişdir. 
Qurultayda Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələrini, millət vəkillərini,  İsrailin Baş nazirinin müavini, Xarici işlər naziri Aviqdor Libermanın, Absorbsiya naziri xanım Sofa Landver, Turizm naziri Stas Misejnikov, “Bizim evimiz - İsrail” partiyasının baş katibi xanım Faina Kirşenbaum, Knessetin təhsil, mədəniyyət və idman komitəsinin sədri Aleks Miller, bu ölkənin Belarusdakı səfiri İosif Şaqal, israilli deputatlar Orit Zuareç, Nino Abesadze, Rusiya Yəhudi Konqresinin vitse-prezidenti German Zaxaryayevin rəhbərlik etdiyi nümayəndə heyəti və diaspor təşkilatları iştirak etmişdir. Ümumilikdə qurultayın işinə İsrailin 18 şəhərindən 159 nümayəndə qatılmışdır. 
Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov “Azİz” Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının yarandığı vaxtdan ötən 5 il ərzində İsrailin Azərbaycanla əlaqələrinin genişləndirilməsi işinə töhfə verdiyini bildirmiş, onun Azərbaycanın siyasi və geosiyasi vəziyyəti, Azərbaycan  xalqının mədəniyyəti və ənənələri, onun əldə etdiyi nailiyyətlər haqqında İsrail vətəndaşlarını ətraflı məlumatlandırmasında böyük xidmətləri olduğunu vurğulamışdır. Qurultayda Avrasiya rusdilli yəhudilər icmasının nümayəndəsi Şimon Briman, Amerika Dağ Yəhudiləri İcmasının rəhbəri Norbert Yevdayev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Yevda Abramov, İsrail Dövlətinin Belarus Respublikasındakı səfiri, “Azİz” Beynəlxalq Assosiasiyasının ilk rəhbəri İosif Şaqal, İsrailin Absorbsiya naziri xanım Sofa Landver, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Asim Mollazadə, Rusiya yəhudi Konqresinin vitse-prezidenti German Zakaryayev çıxış edərək qurultay iştirakçılarını təbrik etmiş, toplantının işinə uğurlar arzulamışlar.
Natiqlərin çıxışlarından sonra “Azİz” Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının nizamnaməsinə əlavə və dəyişikliklər edilərək qəbul olunmuşdu. Daha sonra Qurultay qətnaməsi olunmuş, yeni idarə heyəti seçilmişdir.  Knessetin Təhsil, Mədəniyyət və İdman komissiyasının sədri Aleks Miller “Azİz” Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının yeni prezidenti seçilmişdir.
 
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2009-10-14
AZƏRBAYCAN-TÜRKİYƏ: BİR MİLLƏT İKİ DÖVLƏT VAHİD DİASPOR
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved