•  Fuad Muradovun Türkiyə Respublikasına rəsmi səfəri davam edir Fuad Muradovun Türkiyə Respublikasına rəsmi səfəri davam edir
  • Türkiyə Böyük Millət Məclisin sədri Fuad Muradovu qəbul edibTürkiyə Böyük Millət Məclisin sədri Fuad Muradovu qəbul edib
  • Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türkiyə Respulikasında rəsmi səfərdədirDiasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türkiyə Respulikasında rəsmi səfərdədir
  • Diaspor rəhbəri Misir televiziyasına müsahibə veribDiaspor rəhbəri Misir televiziyasına müsahibə verib
  • ABŞ-dakı diaspor təşkilatları bəyanat yayıbABŞ-dakı diaspor təşkilatları bəyanat yayıb


BENİLÜKS AZƏRBAYCANLILARI KONQRESİNİN (BAK) TƏSİS KONFRANSI


BENİLÜKS AZƏRBAYCANLILARI KONQRESİNİN (BAK) TƏSİS KONFRANSI
 
 2006-ci il noyabrın 18-də  Amsterdam şəhərində Benilüks ölkələrində – Niderland, Belçika və Lüksemburqda fəaliyyət göstərən bir sıra Azərbaycan diaspor təşkilatları Benilüks Azərbaycanlıları Konqresinin (BAK) təsis konfransını keçirmişlər. BAK-ın təsis edilməsində məqsəd Benilüks ölkələrindəki Azərbaycan və türkdilli cəmiyyət və dərnəkləri bir araya gətirməkdən, onların fəaliyyətini əlaqələndirməkdən ibarət olmuşdur.
  Benilüks ölkələrində məskunlaşmış soydaşlarımızın tarixi vətənləri ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, türkdilli xalqlar arasında birliyin və həmrəyliyin təmin olunması, milli-mənəvi dəyərlərin birgə qorunması və Avropa ölkələrində təbliği Benilüks Azərbaycanlıları Konqresinin fəaliyyət platformasının əsas istiqamətlərindən biri kimi müəyyən edilmişdir.
 Benilüks ölkələrində fəaliyyət göstərən və beş təşkilatı özündə birləşdirən İraq Türkmənlərinin Məclisi də konqresin tərkibinə daxil olmuşdur. Konfransda BAK-ın nizamnaməsi, bayrağı, idarə heyəti, sədri təsdiq edilmişdir. Niderland-Azərbaycan Cəmiyyətinin təsisçisi Sahil Qasımov konfransda BAK-ın sədri seçilmişdir. Təsis konfransında Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri də iştirak etmişdir. Konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.
 
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2009-07-21
AZƏRBAYCAN DİASPORU: BÖYÜK YOLUN BAŞLANĞICI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved