• Soydaşımız Çexiya çempionu olubSoydaşımız Çexiya çempionu olub
  • Ümumrusiya Azərbaycanlıları Konqresi Rusiya Ali Məhkəməsinin qərarından apellyasiya şikayəti veribÜmumrusiya Azərbaycanlıları Konqresi Rusiya Ali Məhkəməsinin qərarından apellyasiya şikayəti verib
  • Misir telekanalında Azərbaycan mətbəxi və mədəniyyəti ilə bağlı verliş yayımlanıbMisir telekanalında Azərbaycan mətbəxi və mədəniyyəti ilə bağlı verliş yayımlanıb
  • Soydaşlarımız Kopenhagendə keçirilən İnteqrasiya Günündə iştirak edibSoydaşlarımız Kopenhagendə keçirilən İnteqrasiya Günündə iştirak edib
  • Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin toplantısı keçirilibBirləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin toplantısı keçirilib


"DİASPOR TƏŞKİLATLARININ HÖKUMƏTLƏRARASI BEYNƏLXALQ ƏLAQƏLƏRDƏ ROLU " ADLI ELMİ KONFRANS


 "DİASPOR TƏŞKİLATLARININ HÖKUMƏTLƏRARASI BEYNƏLXALQ ƏLAQƏLƏRDƏ ROLU (ABŞ VƏ AZƏRBAYCAN)" ADLI ELMİ KONFRANS

2009-cu il ilin mart ayının 19-da ABŞ-dakı Azərbaycan Yurddaşlar Cəmiyyəti, Azərbaycan Nyu-York Assosiasiyası, Dağ Yəhudiləri Cəmiyyətinin təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyinin dəstəyi ilə “Diaspor təşkilatlarının hökumətlərarası beynəlxalq əlaqələrdə rolu (ABŞ və Azərbaycan)” adlı elmi konfrans və Amerikada yaşayan Azərbaycan sənət ustalarının yaradıcılığını nümayiş etdirən birinci sərgi  keçirilmişdir.

Tədbirdə  Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi səfir A.Mehdiyev, AZEM-in (Azərbaycan Yurddaşlar Cəmiyyəti) Prezidenti Nobert Yevdayev, ANA-nın (Azərbaycan Nyu-York Assosiasi yası) Prezidenti Əli Nəsibov, Qafqaz Yəhudiləri Mədəniyyət Mərkəzinin Prezidenti Yakov Abramov, Yerusəlim Universitetinin professoru Çen Bram, İndiana Universitetinin professoru Şəhriyar Daneşqar, Klivlend Universitetinin professoru Tahir Qasımov, Nyu- Yorkda dərc olunan “Russkiy Bazar” qəzetinin redaktoru Leonid Amstislavski və digərləri çıxış etmişlər. Çıxışlarda Azərbaycanda tolerantlıq ənənələri, Azərbaycan və yəhudi xalqları arasında dostluq münasibətlərinin tarixi və müasir durumu, ABŞ-dakı diasporumuzun cə- miyyətə inteqrasiyası sahəsində mövcud vəziyyət, Azərbaycan-ABŞ əlaqələri ilə bağlı fikirlərini bildirmişlər. Toplantının sonunda təşkilat komitəsinin Diasporla iş üzrə Dövlət Komitəsi  və Azərbaycanın  BMT yanında Daimi Nümayəndəliyinin dəstəyi ilə nəşr etdirdiyi “Amerikada Azərbaycan diaspor sənət ustalarının birinci sərgisi” adlı jurnal-kataloqun təqdimatı olmuşdur.
 
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLILAR ÜÇÜN YADDAŞ (məlumat kitabı)
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved