• V Qlobal Bakı Forumu başa çatıbV Qlobal Bakı Forumu başa çatıb
  • Qlobal Bakı Forumu panel müzakirələrlə davam edibQlobal Bakı Forumu panel müzakirələrlə davam edib
  • V Qlobal Bakı Forumunda gənclərin iştirakı ilə keçən plenar sessiyası maraqlı müzakirələrlə yadda qalıbV Qlobal Bakı Forumunda gənclərin iştirakı ilə keçən plenar sessiyası maraqlı müzakirələrlə yadda qalıb
  • V Qlobal Bakı Forumunda Avropanın gələcəyinə dair müzakirələr aparılıbV Qlobal Bakı Forumunda Avropanın gələcəyinə dair müzakirələr aparılıb
  • V Qlobal Bakı Forumunda beynəlxalq münasibətlərdə Çinin rolu müzakirə olunubV Qlobal Bakı Forumunda beynəlxalq münasibətlərdə Çinin rolu müzakirə olunub


DİASPORLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN YARANMASININ 10 İLLİK YUBILEYİ MÜNASİBƏTİLƏ TƏDBİR


DİASPORLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN YARANMASININ 10 İLLİK YUBILEYİ MÜNASİBƏTİLƏ TƏDBİR
 
5 iyul 2012-ci il tarixində Diasporla İş üzrə Dövlət Komitəsində Komitənin yaradılmasının 10-cu ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov toplantı iştirakçıların salamlayaraq Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 5 iyul 2002-ci il tarixli sərəncamı ilə yaradılmış Dövlət Komitəsinin ötən 10 il ərzində göstərdiyi fəaliyyət barədə məlumat vermişdir. O, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, eləcə də Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin qayğısı və yüksək diqqəti sayəsində Azərbaycan diasporunun təşkilatlanaraq Azərbaycanın milli maraqlarını əzmlə qoruyan bir qüvvəyə çevrildiyini qeyd etmişdir. Tədbir zamanı ötən on il ərzində Dövlət Komitəsi tərəfindən və onun dəstəyi ilə 63 kitabın, 13 sənədli filmin hazırlandığını qeyd olunmuşdur. Diasporla İş üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq edən alim və tədqiqatçılar – AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbi üzvü  Rasim Əliquliyev, tarix eləmləri doktoru, professor, millət vəkili Musa Qasımlı, tarix elmləri doktoru, AMEA tarix İnstitunun Diaspor şöbəsinin müdiri Məryəm Seyidbəyli, siyasi elmlər doktoru Elman Nəsirov, filologiya elmləri üzrə fəlsəfə doktoru Razim Məmmədov, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyevə Dövlət Komitəsinin xüsusi diplom-plaketləri təqdim edilmişdir.
Tədbir çərçivəsində Azərbaycan diasporunun tarixi, məskunlaşma coğrafiyası, görkəmli şəxsiyyətləri barədə geniş məlumatı əks etdirən  “Azərbaycan Diasporu: Ensiklopedik Məlumat” toplusunun təqdimatı olmuşdur. AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev  “Azərbaycan Diasporu: Ensiklopedik Məlumat” toplusu kitabını yüksək dəyərləndirərək onun əsasında informasiya-kommunikasiya texnologiyalarının açdığı imkanlardan istifadə edərək Azərbaycan diasporunun elektron xəritəsinin və xüsusi portalın yaradılmasını təklif etmişdir. 
Daha sonra Nazim İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin “Azərbaycan diasporu və lobbi quruculuğu mövzusunda ən yaxşı məqalə” müsabiqəsinin qaliblərinə mükafatları təqdim etmişdir. 
 
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-03-01
XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLILAR ÜÇÜN YADDAŞ
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved