• Soydaşımız Çexiya çempionu olubSoydaşımız Çexiya çempionu olub
  • Ümumrusiya Azərbaycanlıları Konqresi Rusiya Ali Məhkəməsinin qərarından apellyasiya şikayəti veribÜmumrusiya Azərbaycanlıları Konqresi Rusiya Ali Məhkəməsinin qərarından apellyasiya şikayəti verib
  • Misir telekanalında Azərbaycan mətbəxi və mədəniyyəti ilə bağlı verliş yayımlanıbMisir telekanalında Azərbaycan mətbəxi və mədəniyyəti ilə bağlı verliş yayımlanıb
  • Soydaşlarımız Kopenhagendə keçirilən İnteqrasiya Günündə iştirak edibSoydaşlarımız Kopenhagendə keçirilən İnteqrasiya Günündə iştirak edib
  • Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin toplantısı keçirilibBirləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin toplantısı keçirilib


DÜNYA AZƏRBAYCANLI GƏNCLƏR BİRLİYİNİN TƏSİS QURULTAYI


DÜNYA AZƏRBAYCANLI GƏNCLƏR BİRLİYİNİN TƏSİS QURULTAYI
 
2012-ci ildə mart ayının 12-də Bakıda, “Gülüstan” sarayında Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayı keçirilmişdir. Qurultayda hökumət və dövlət nümayəndələrindən, xaricdə yaşayan azərbaycanlı gənclər tərəfindən təsis edilmiş və respublikada fəaliyyət göstərən gənclər təşkilatlarının təmsilçilərindən, dünyanın nüfuzlu ali məktəblərində təhsil alan fəal azərbaycanlı tələbələrdən, həmçinin Azərbaycan diaspor təşkilatlarının rəhbərlərindən ibarət 500-dən artıq nümayəndə və qonaq iştirak etmişdir. 
Dünya Azərbaycanlı Gənclər Birliyinin Təsis Qurultayına Azərbaycan Respublikası da daxil olmaqla, dünyanın ¬¬34 ölkəsindən 356 nümayəndə seçilmişdir. Qurultayda Azərbaycan Respublikasında fəaliyyət göstərən gənclər təşkilatlarından 130 nümayəndə, qonaq qismində isə 17 ölkədə fəaliyyət göstərən 28 Azərbaycan diaspor təşkilatlarının rəhbərləri iştirak etmişdirlər. Qurultay nümayəndələrinin 234 nəfəri xarici ölkələrdə yaşayan gənclərdən, 134 nəfəri isə Azərbaycan cəmiyyət və təşkilatlarının rəhbərlərindən ibarət idi. 
Dünya Azərbaycanlı Gənclər Birliyinin Təsis Qurultayı iştirakçılarının  35 nəfəri elm xadimləri, təhsil və səhiyyə işçiləri,  113 nəfəri isə xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələr olmuşdur. Nümayəndələrdən 7 nəfəri Azərbaycan Respublikasının yüksək dövlət mükafatlarına layiq görülmüş gənclər idi.
Xarici ölkələrdə azərbaycanlı gənclərin təşkilatlanmasına, diaspor quruculuğu işinə cəlb olunmasına daim dəstək verən bir sıra nüfuzlu ictimai xadimlər də qurultaya dəvət olunmuşdur. Qurultay nümayəndələrinin 129 nəfəri qadınlardan ibarət olmuşdur. 
Azərbaycan gəncliyinin tarixində mühüm əhəmiyyətə malik olan bu qurultayın işini yerli və xarici kütləvi informasiya vasitələrinin 56 nümayəndəsi işıqlandırmışdır. 
İclasda məruzələr ətrafında müzakirələr aparılmış, çıxışlar  dinlənilmişdir. 
Sonra Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayının qətnaməsi qəbul olunmuşdur. 
Qurultayda Dünya Azərbaycanlı Gənclər Birliyinin beynəlxalq gənclər təşkilatlarına, Dünya Azərbaycanlı Gənclər Birliyinin Azərbaycan Prezidenti İlham Əliyevə müraciəti də qəbul olunmuşdur. (Müraciətdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat əksini tapmışdır. Qəbul olunmuş müraciətdə gənclər təşkilatları Cənubi Qafqaz regionunun əmin-amanlığı, bu bölgədə yaşayan insanların təhlükəsizliyi, uşaqların gələcəyi naminə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün iş aparmağa çağırılır. 
Qurultayda təşkilatın Nizamnaməsi və Fəaliyyət Proqramı da təsdiqlənmiş, qəbul olunmuşdur. 
Daha sonra Dünya Azərbaycanlı Gənclər Birliyinin sədri və Mərkəzi Şurası, həmçinin, birliyin Nəzarət Təftiş Komissiyası seçilmişdir.
 
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2002-11-10
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved