• Soydaşımız Çexiya çempionu olubSoydaşımız Çexiya çempionu olub
  • Ümumrusiya Azərbaycanlıları Konqresi Rusiya Ali Məhkəməsinin qərarından apellyasiya şikayəti veribÜmumrusiya Azərbaycanlıları Konqresi Rusiya Ali Məhkəməsinin qərarından apellyasiya şikayəti verib
  • Misir telekanalında Azərbaycan mətbəxi və mədəniyyəti ilə bağlı verliş yayımlanıbMisir telekanalında Azərbaycan mətbəxi və mədəniyyəti ilə bağlı verliş yayımlanıb
  • Soydaşlarımız Kopenhagendə keçirilən İnteqrasiya Günündə iştirak edibSoydaşlarımız Kopenhagendə keçirilən İnteqrasiya Günündə iştirak edib
  • Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin toplantısı keçirilibBirləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin toplantısı keçirilib


GÜRCÜSTAN AZƏRBAYCANLI GƏNCLƏRİNİN I QURULTAYI


GÜRCÜSTAN AZƏRBAYCANLI GƏNCLƏRİNİN I QURULTAYI
 
    2010-cu il mayın 15-də Gürcüstan azərbaycanlı gənclərinin I qurultayı keçirilmişdir. Qurultayda çıxış edən gənclər təşkilatlarının nümayəndələri onları narahat edən problemlərdən danışmış, azərbaycanlıların cəmiyyətə inteqrasiyası sahəsində həyata keçirilmiş layihələri təqdir etdiklərini bildirmişlər. Çıxışlarda bəzi gənclərin dövlət dilini bilməməsi, dövlət idarəçiliyində soydaşlarımızın məhdud şəkildə təmsil olunması, hüquqi maarifləndirmə sahəsində mövcud olan çətinliklər, insan hüquqlarının pozulması halları ilə bağlı bir sıra problemlərə toxunulmuşdur. Çıxış edənlər Gürcüstan azərbaycanlı gənclərinin I qurultayının çağırılmasını mühüm tarixi hadisə kimi qiymətləndirmişlər.
  Qurultayda Gürcüstanda yaşayan azərbaycanlı gənclərin cəmiyyətə inteqrasiyası sahəsindəki mövcud problemlər müzakirə olunmuş və Gürcüstan Azərbaycanlı Gənclərinin İttifaqı təsis edilmişdir. Toplantıda Gürcüstan azərbaycanlı gənclərinin I qurultayının iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Gürcüstan Prezidenti Mixail Saakaşviliyə müraciətlər qəbul edilmişdir.
 

 

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2009-10-14
AZƏRBAYCAN-TÜRKİYƏ: BİR MİLLƏT İKİ DÖVLƏT VAHİD DİASPOR
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved