• Azərbaycan diasporu Strasburqda Türkiyəyə dəstək aksiyası keçiribAzərbaycan diasporu Strasburqda Türkiyəyə dəstək aksiyası keçirib
  • İzmirdə Xocalı abidəsi ucaldılacaqİzmirdə Xocalı abidəsi ucaldılacaq
  • Soydaşımız Qazaxıstanda yüksək vəzifəyə təyin edilibSoydaşımız Qazaxıstanda yüksək vəzifəyə təyin edilib
  • Stokholmda qeyd edilən uşaq bayramına azərbaycanlılar da qatılıbStokholmda qeyd edilən uşaq bayramına azərbaycanlılar da qatılıb
  • Leyla Əliyevanın təşəbbüsü ilə MDU-nun Botanika bağında ağacəkmə aksiyası keçirilibLeyla Əliyevanın təşəbbüsü ilə MDU-nun Botanika bağında ağacəkmə aksiyası keçirilib


KANADA AZƏRBAYCAN ASSOSİASİYALARI ASSAMBLEYASININ I QURULTAYI


KANADA AZƏRBAYCAN ASSOSİASİYALARI ASSAMBLEYASININ I  QURULTAYI
 
2009-cu il may ayının 30-da Toronto şəhərində Kanada Azərbaycan Assosiasiyaları Assambleyasının I  qurultayı keçirilmişdir. Tədbirdən əvvəl Assambleyaya daxil olan təşkilatların sədr və nümayəndələri, Azərbaycan Respublikasının Kanadadakı Səfirliyinin və Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları Ümummilli lider Heydər Əliyevin Kanadanın Niaqara şəhərində yerləşən büstünün önünə əkili qoyma mərasimində iştirak etmişdilər.
KATA-nın üzvü olan “Kvebek Azərbaycanlıları Assosiasiyası”nın sədri Məsud Əliyev KATA-nın I Qurultayını açıq elan edərək məruzə üçün sözü “Kanada Azərbaycan Əməkdaşlıq Assosiasiyası”nın sədri İlham Axundova vermişdir. 
İlham Axundov öz çıxışında Assambleyanın 2007-ci ilin dekabr ayında keçirilmiş təsis qurultayından bu günə qədər olan fəaliyyəti ilə bağlı geniş məruzə etmişdir. Məruzədə siyasi, humanitar və təhsil sahələrində həyata keçirilən layihələrdən,  Kanada Federal və bölgə Parlamentləri ilə birlikdə görülən işlərdən və Kanadadakı Azərbaycan icmasının mütəşəkkilliyindən bəhs olunmuşdur. Qurultayda həmçinin “Ontario Azərbaycanlıları Assosiasiyası”nın sədri Cavad Zərrin, “Ottava Azərbaycan İcması”nın sədri Yaşar Muğan, “Azəri – Türk  Dünya Qadınları” Cəmiyyətinin sədri Kəmalə Şiriyeva da çıxış etmişdilər. Qurultay nümayəndələri Assambleyanın iki illik fəaliyyətini qənaətbəxş hesab etmişdilər.
“Kanada-Azərbaycan İncəsənət Cəmiyyəti”nin sədri Yusif Savalan və “Alberta Azərbaycan Mədəniyyət Mərkəzi”nin vitse-prezidenti Səbinə İsgəndərova  çıxışlarında təmsil etdikləri qurumların Assambleyaya üzv qəbul edilməsini xahiş etmişdilər. Qurultay hər iki təşkilatı KATA-nın üzvlüyünə qəbul etmiş  və bununla da Assambleyaya daxil olan diaspor təşkilatlarının sayı 13-ə çatmışdır.
Qurultayda Azərbaycan Respublikasının Kanadadakı Fövqəladə və Səlahiyyətli Səfiri Fərid Şəfiyev çıxış edərək Azərbaycan-Kanada dövlətlərarası münasibətləri yüksək qiymətləndirmiş, Kanadada Azərbaycan diasporuna yaşadıqları ölkədə öz mövqelərinin daha da güclənməsi istiqamətində aktiv fəaliyyət göstərməsini tövsiyə etmişdir.
Diasporla İş üzrə Dövlət Komitəsinin təmsilçiləri isə Azərbaycan dövlətinin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərdiyi qayğısının nəticəsi kimi Kanadada yaşayan soydaşlarımızın Azərbaycanı tanıtmaq istiqamətində apardıqları işlərə gələcəkdə daha böyük dəstəyin veriləcəyini  Qurultay iştirakçılarına bildirmişdilər. Dövlət Komitəsinin Kanadadakı soydaşlarımızın ölkəmizi təbliğ edən layihələrinə verdiyi dəstək barədə danışmışdılar. 
Kanada millət vəkilləri öz çıxışlarında Azərbaycan xalqını və Kanadadakı Azərbaycan icmasını 28 May - Respublika Günü münasibəti ilə təbrik edərək, Kanada-Azərbaycan Təşkilatları Assambleyasına uğurlar arzulamışdılar. 
Parlament üzvü Ken Drayden öz çıxışında Kanada Liberal Partiyasının sədri və Kanada Parlamentinin üzvü M. İqnatyevin Azərbaycan xalqına ünvanladığı təbrik məktubunu səsləndirmişdir. 
Ontario  vilayətinin millət vəkili Reza Müridi isə Ontario Parlamentinin sədri Dalton MakKentinin Azərbaycanın dövlət bayramı “Respublika Günü” münasibəti ilə təbrik məktubunu qonaqların diqqətinə çatdırılmışdır.
Millət vəkili Y. Ratansi isə Kanadada fəaliyyət göstərən Azərbaycan cəmiyyətlərinin uğurlu fəaliyyətinə, Kanada və Azərbaycan xalqları və dövlətləri arasında əməkdaşlığın inkişafında göstərdiyi səylərə görə Kanada-Azərbaycan Təşkilatları Assambleyasına “Nailiyyət Sertifikatı” təqdim etmişdir.
Qurultayda Assambleyanın növbəti müddət üçün iş planı və qurumun rəhbər orqanları seçilərək toplantının qətnaməsi qəbul edilmişdir.
 
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-03-16
DÜNYA AZƏRBAYCANLILARININ II QURULTAYI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved