• ABŞ-dakı diaspor təşkilatları bəyanat yayıbABŞ-dakı diaspor təşkilatları bəyanat yayıb
  • Yunanıstanda Beynəlxalq Dil Festivalı keçirilibYunanıstanda Beynəlxalq Dil Festivalı keçirilib
  • Kanadadakı Azərbaycan icması Helsinki dinləmələrinə etiraz edirKanadadakı Azərbaycan icması Helsinki dinləmələrinə etiraz edir
  • Laçının işğalından 26 il ötürLaçının işğalından 26 il ötür
  • Fuad Muradov Rumıniyanın Azərbaycandakı səfiri ilə görüşübFuad Muradov Rumıniyanın Azərbaycandakı səfiri ilə görüşüb


KİŞİNEUDA NİZAMİ GƏNCƏVİNİN ABİDƏSİNIN AÇILIŞ MƏRASİMİ


KİŞİNEUDA NİZAMİ GƏNCƏVİNİN ABİDƏSİNIN AÇILIŞ MƏRASİMİ
 
2005-ci il 21 aprel tarixində Azərbaycan Prezidenti İlham Əliyev Moldovaya səfəri çərçivəsində Kişineuda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin açılış mərasimində iştirak etmişdir.
Mərasimə toplaşan Moldova ictimaiyyətinin nümayəndələri, Kişineu sakinləri və Azərbaycan diasporunun üzvləri Azərbaycan Prezidenti İlham Əliyev və Moldova Prezidenti Vladimir Voronini hərarətlə qarşılaşmışlar. 
Mərasimdə çıxış edən Prezident İlham Əliyev demişdir ki, Azərbaycan xalqının dahi oğlu, XII əsrin şair və mütəfəkkiri Nizami Gəncəvi təkcə şair, müdrik söz ustadı deyildi, həm də gözəl filosof idi. Heç bir şübhə yoxdur ki, Azərbaycan xalqının böyük oğlu Nizami Gəncəvinin dahiyanə əsərləri dünya mədəniyyətinin qızıl fondunun ən parlaq nümunələrini təşkil edir və bəşəriyyətin böyük nümayəndələrinin yaratdıqları əbədiyaşar abidələr sırasında fəxri yer tutur.
Dövlət başçısı Moldova paytaxtında, Kişineu şəhərində Azərbaycan xalqının dahi oğlu Nizami Gəncəvinin abidəsinin ucaldılmasına görə Moldova Prezidenti Vladimir Nikolayeviç Voroninə, Molodova hökumətinə təşəkkürünü bildirmişdir.
İkitərəfli münasibətlərdən danışan Prezident İlham Əliyev Moldovadakı Azərbaycan diasporuna olan münasibətinə də toxunmuşdur. Bildirmişdir ki, Moldovadakı Azərbaycan diasporu çox mütəşəkkildir, iqtisadiyyatın inkişafına böyük töhfə verir, Moldova cəmiyyətinə fəal inteqrasiya olunub. Prezident əminliklə vurğulamışdır ki, bu, ikitərəfli əlaqələrimizin mühüm vəsiləsidir və bundan sonra ölkələrimiz arasında ikitərəfli münasibətlər daha intensiv olacaqdır.  
 
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-01-05
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI (III KİTAB)
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved