• ABŞ-dakı diaspor təşkilatları bəyanat yayıbABŞ-dakı diaspor təşkilatları bəyanat yayıb
  • Yunanıstanda Beynəlxalq Dil Festivalı keçirilibYunanıstanda Beynəlxalq Dil Festivalı keçirilib
  • Kanadadakı Azərbaycan icması Helsinki dinləmələrinə etiraz edirKanadadakı Azərbaycan icması Helsinki dinləmələrinə etiraz edir
  • Laçının işğalından 26 il ötürLaçının işğalından 26 il ötür
  • Fuad Muradov Rumıniyanın Azərbaycandakı səfiri ilə görüşübFuad Muradov Rumıniyanın Azərbaycandakı səfiri ilə görüşüb


"MACARISTAN-AZƏRBAYCAN: MƏDƏNİYYƏTLƏRİN DİALOQU" MÖVZUSUNDA III BEYNƏLXALQ ELMİ KONFRANS


“MACARISTAN-AZƏRBAYCAN: MƏDƏNİYYƏTLƏRİN DİALOQU” MÖVZUSUNDA III BEYNƏLXALQ ELMİ KONFRANS
 
2008-ci ilin noyabr ayının 18-20-də Budapeştdə “Macarıstan-Azərbaycan: mədəniyyətlərin dialoqu” mövzusunda III Beynəlxalq elmi konfrans keçirilmişdir. Konfransda Macarıstanın dövlət orqanlarının, ictimai təşkilatların, elmi müəssisələrin, aparıcı universitetlərin müəllim və tələbələri, Azərbaycan diasporunun üzvləri iştirak etmişlər.
Konfrans Azərbaycanın Macarıstandakı Səfirliyinin, Azərbaycanın Milli Elmlər Akademiyasının, Macarıstan Elmlər Akademiyasının, Etves Lorand adına Budapeşt Universitetinin təşkilatçılığı və Azərbaycan Respublikasının Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilmişdir.
Üç gün davam edən konfransda Azərbaycan və Macarıstan alimlərinin 40-dan çox məruzəsi dinlənilmişdir. Məruzələr tarix, arxeologiya, etnologiya, ədəbiyyat, dilçilik, folklor, politologiya, iqtisadiyyat, hüquq və memarlıq məsələlərinə həsr olunmuşdur. Konfrans başlanarkən Macarıstan parlamentinin spikeri Katalin Sillinin konfrans iştirakçılarına müraciəti oxunmuşdur. Konfransda Azərbaycanın Macarıstandakı səfiri Həsən Həsənov, Macarıstan Elmlər Akademiyasının həqiqi üzvü Xazai Dyerd, AMEA-nın  vitse-prezidenti  Nailə Vəlixanlı, Macarıstan Etnologiya və Avropa Folkloru İnstitutunun direktoru Mixay Xoppal və başqaları çıxış edərək, bu konfransların keçirilməsinin artıq ənənə halını almasını və xalqımız arasında bütün sahələrdə əlaqələrin genişlənməsinə kömək etdiyini vurğulamışlar.
Konfransın noyabrın 18-də keçirilən birinci iclasında macar dilinə tərcümə edilərək nəşr olunan “Dədə Qorqud” və “Koroğlu” dastanlarının təqdimat mərasimi keçirilmişdir.  
Ekspertlər bu əsərlərin nəşrini Azərbaycan-Macarıstan humanitar münasibətlərin tarixində əlamətdar hadisə adlandırmışlar.
Təqdimat mərasimindən sonra məruzələr dinlənilmişdir.
Konfransın ikinci günündə macar alimlərinin dinlənilən məruzələrinin əksəriyyəti hüquq məsələlərinə, Azərbaycanın Konstitusiyasına, ölkəmizin hüquq sahəsində əldə etdiyi nailiyyətlərə həsr olunmuşdur.
Konfransda, həmçinin tanınmış macar türkoloqu, musiqişünas, Azərbaycan xalq musiqisi haqqında kitab yazan Yanoş Şipoşun Azərbaycan, macar, Anadolu türk mərasim mahnıları haqqında məruzəsi də böyük maraqla dinlənilmişdir.
 
 
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved