• Soydaşımız Çexiya çempionu olubSoydaşımız Çexiya çempionu olub
  • Ümumrusiya Azərbaycanlıları Konqresi Rusiya Ali Məhkəməsinin qərarından apellyasiya şikayəti veribÜmumrusiya Azərbaycanlıları Konqresi Rusiya Ali Məhkəməsinin qərarından apellyasiya şikayəti verib
  • Misir telekanalında Azərbaycan mətbəxi və mədəniyyəti ilə bağlı verliş yayımlanıbMisir telekanalında Azərbaycan mətbəxi və mədəniyyəti ilə bağlı verliş yayımlanıb
  • Soydaşlarımız Kopenhagendə keçirilən İnteqrasiya Günündə iştirak edibSoydaşlarımız Kopenhagendə keçirilən İnteqrasiya Günündə iştirak edib
  • Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin toplantısı keçirilibBirləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin toplantısı keçirilib


"MACARISTAN-AZƏRBAYCAN: MƏDƏNİYYƏTLƏRİN DİALOQU" II BEYNƏLXALQ ELMİ KONFRANS


"MACARISTAN-AZƏRBAYCAN: MƏDƏNİYYƏTLƏRİN DİALOQU" II BEYNƏLXALQ ELMİ KONFRANS
 
  2007-ci ildə noyabrın 8-də Budapeştdə "Macarıstan-Azərbaycan: mədəniyyətlərin dialoqu" II beynəlxalq elmi konfrans keçirilmişdir. Konfransı Azərbaycan səfirliyi, Macarıstan Elmlər Akademiyasının  Etnologiya  İnstitutu, Etveş Lorand və Karoli Qaspar adına universitetlər, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil etmişdir. 
 Tədbirdə Macarıstanın dövlət strukturlarının, parlamentinin, elmi dairələrinin nümayəndələri, aparıcı universitetlərin professor-müəllim heyəti və tələbələri, Azərbaycan diasporunun təmsilçiləri iştirak etmişlər. Üç gün davam edən konfransda Azərbaycanın və Macarıstanın aparıcı alimlərinin 42 məruzəsi dinlənilmişdir. Məruzələr tarix və etnologiya, ədəbiyyat və linqvistika, iqtisadiyyat və siyasət məsələlərinə həsr olunmuşdur.
Konfrans Macarıstanın təkcə elmi dairələrinin deyil, bütövlükdə ölkə ictimaiyyətinin ən müxtəlif sahələrdə ikitərəfli əlaqələrin qurulmasına marağının artmasını nümayiş etdirmişdir. Azərbaycanın Budapeştdəki səfirliyi və Macarıstan Elmlər Akademiyası Etnologiya İnstitutunun direktoru Mixay Xoppol əməkdaşlığa dair beynəlxalq konfransların keçirilməsi üçün komitə yaradılması təşəbbüsünü irəli sürmüşdür. Macarıstanın aparıcı telekanalları – MTV dövlət kanalı, Duna TV səfir Həsən Həsənovdan müsahibə almışdır. "Nepszabadsaq", "Nepszava" və "Madyar Nemzeti" kimi nüfuzlu qəzetlər konfrans haqqında informasiyalar dərc etmişdir.
 
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2006-03-16
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved