• Soydaşımız Çexiya çempionu olubSoydaşımız Çexiya çempionu olub
  • Ümumrusiya Azərbaycanlıları Konqresi Rusiya Ali Məhkəməsinin qərarından apellyasiya şikayəti veribÜmumrusiya Azərbaycanlıları Konqresi Rusiya Ali Məhkəməsinin qərarından apellyasiya şikayəti verib
  • Misir telekanalında Azərbaycan mətbəxi və mədəniyyəti ilə bağlı verliş yayımlanıbMisir telekanalında Azərbaycan mətbəxi və mədəniyyəti ilə bağlı verliş yayımlanıb
  • Soydaşlarımız Kopenhagendə keçirilən İnteqrasiya Günündə iştirak edibSoydaşlarımız Kopenhagendə keçirilən İnteqrasiya Günündə iştirak edib
  • Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin toplantısı keçirilibBirləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin toplantısı keçirilib


RUSİYADA AZƏRBAYCAN İLİNİN TƏNTƏNƏLİ AÇILIŞ MƏRASİMİ


 RUSİYADA AZƏRBAYCAN İLİNİN TƏNTƏNƏLİ AÇILIŞ MƏRASİMİ

Moskvada, Dövlət Kreml sarayında Rusiyada Azərbaycan ilinin təntənəli açılış mərasimi olmuşdur. Rusiyanın və Azərbaycanın dövlət bayraqları ilə bəzədilmiş salona toplaşanlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və Rusiya Federasiyasının Prezidenti Vladimir Putini hərarətli alqışlarla qarşılamışlar. 

    Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində çıxış edərək demişdir: “Bu gün Moskvada olmaq və Rusiyada Azərbaycan ilinin açılışında iştirak etmək mənə çox xoşdur. Əminəm ki, bu il çox uğurla keçəcəkdir. Moskvada da, Rusiya Federasiyasının digər şəhərlərində də çoxlu müxtəlif tədbirlər planlaşdırılmışdır. Şübhəm yoxdur ki, bu il ərzində rusiyalılar bugünkü Azərbaycanın nə ilə yaşadığından, necə inkişaf etdiyindən və nə kimi nailiyyətlərinin olduğundan daha yaxşı xəbər tutacaqlar”.
Dövlət başçısı vurğulamışdır ki, Rusiyada Azərbaycan ilinin keçirilməsinə böyük əhəmiyyət verilir. O, əminliklə demişdir ki, bu bir il ərzində ölkələrimiz və xalqlarımız daha da yaxın olacaq, ölkələrimiz arasında ikitərəfli münasibətlər daha da möhkəmlənəcəkdir: “Bu münasibətlər indi də kifayət qədər yüksək səviyyədədir. Ölkələrimiz arasında çox fəal siyasi dialoq var. Biz regional məsələlərdə, regional inkişafda, regional təhlükəsizlikdə iştirak edirik, iqtisadi əlaqələr çox fəal inkişaf edir. Mən hesab edirəm ki, ikitərəfli münasibətlərin bütün müsbət təcrübəsi bu əlaqələrin inkişafına gələcəkdə də xidmət edəcəkdir. Təsadüfi deyil ki, biz Rusiya ilə münasibətlərimizi strateji tərəfdaşlıq kimi qiymətləndiririk. Biz təkcə sözdə deyil, bəyanatlarda deyil, praktikada da, real işlərdə də tərəfdaşıq”.
Prezident İlham Əliyev vurğulamışdır ki, ikitərəfli münasibətlərimiz yalnız Azərbaycan və Rusiya illəri çərçivəsindəki tədbirlərlə məhdudlaşmayacaqdır. Bu münasibətlər gələcəkdə də inkişaf edəcək, dərinləşəcək və yeni-yeni sahələri əhatə edəcəkdir.
 
 
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİK XARTİYASI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved