• Dünya çempionu ilə diaspor təşkilatında görüş keçirilibDünya çempionu ilə diaspor təşkilatında görüş keçirilib
  • Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində "Azərbaycan Odlar Yurdu" adlı tədbir keçirilib
  •  Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş tədbir keçirilib Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş tədbir keçirilib
  • Oktyabrın 9-u dövlətimizin başçısı İlham Əliyevin üçüncü dəfə Prezident seçildiyi gündürOktyabrın 9-u dövlətimizin başçısı İlham Əliyevin üçüncü dəfə Prezident seçildiyi gündür
  • "The Jerusalem Post" qəzetində "Ermənistan Cənubi Qafqazda yox olmaq həddinə çatmış dövlətdir" adlı məqalə dərc olunub


RUSİYANIN AZƏRBAYCANLI GƏNCLƏR TƏŞKİLATININ (RAGT) II KONFRANSI


 RUSİYANIN AZƏRBAYCANLI GƏNCLƏR TƏŞKİLATININ (RAGT) II KONFRANSI

   2010-cu il may ayının 22-də Moskvadakı Beynəlxalq Ticarət Mərkəzində Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) II konfransı keçirilmişdir. Konfrans təşkilatın birillik fəaliyyətinə yekun vurmuş, onun inkişaf perspektivlərini müəyyən etmişdir. Təşkilatın sədri Leyla xanım Əliyeva demişdir ki, real işlər, gerçəkləşdirilmiş ideyalar, əldə edilmiş məqsədlər bunu inamla söyləməyə əsas verir ki, RAGT uğurlu qurumdur. O, qeyd etmişdir ki, təşkilatın bölmələrinin sayı artıq 60-dan çoxdur və regional bölmələr fəallıq baxımından mərkəzdən geri qalmır.

   Azərbaycanın Rusiya Federasiyasındakı Fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, Gənclər və idman naziri Azad Rəhimov, Prezident Administrasiyasının  şöbə müdiri Elnur Aslanov, Rusiya Gənclər və İdman Nazirliyinin gənclər siyasəti departamentinin nümayəndəsi İqor Melniçenko, Ümumrusiya Azərbaycan Konqresinin prezidenti Məmməd Əliyev və digər rəsmi şəxslər Konfransda çıxış edərək təşkilatın fəaliyyəti haqqında fikirlərini bildirmişlər. Konfransın rəsmi hissəsindən sonra forum öz işini təhsil, elm və mədəniyyət, sağlam həyat tərzi və idman, iqtisadiyyat, biznes və sahibkarlıq, beynəlxalq əməkdaşlıq, gənclər və KİV seksiyaları üzrə davam etdirmişdir.
  Konfransın yekun hissəsində RAGT sədri Leyla Əliyevanın hesabatı əsasında hazırlanmış Qətnamə seksiyalarda müzakirə olunmuş və yekdilliklə qəbul edilmişdir.
 
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİK XARTİYASI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved