• Diaspor rəhbəri Misir parlamentində görüş keçiribDiaspor rəhbəri Misir parlamentində görüş keçirib
  • Soydaşımız Qazaxıstanda yüksək fəxri ada layiq görülübSoydaşımız Qazaxıstanda yüksək fəxri ada layiq görülüb
  • Moskva vilayətində Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə bağlı anım mərasimi keçirilibMoskva vilayətində Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə bağlı anım mərasimi keçirilib
  • Ulu Öndərin vəfatının ildönümü Kiyevdə qeyd olunubUlu Öndərin vəfatının ildönümü Kiyevdə qeyd olunub
  • Misirdəkİ Azərbaycan diasporu ümummilli liderin xatirəsini anıbMisirdəkİ Azərbaycan diasporu ümummilli liderin xatirəsini anıb


TÜRKİYƏ AZƏRBAYCAN DƏRNƏKLƏRİ FEDERASİYASININ III QURULTAYI


 TÜRKİYƏ AZƏRBAYCAN DƏRNƏKLƏRİ FEDERASİYASININ III QURULTAYI

    2012-ci il noyabrın 24-də Türkiyənin Kocaeli vilayətinin İzmit şəhərində Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADF) III Qurultayı keçirilmişdir. TADF-in sədri B.Dündar təşkilatın ötən müddət ərzində həyata keçirdiyi tədbirlər haqqında ətraflı məlumat vermiş, reallaşdırılmış layihələrin Azərbaycan və Türkiyə münasibətlərinin daha da inkişafına, Azərbaycanın Türkiyədə daha yaxından tanıdılmasına xidmət etdiyini bildirmişdir. 
Nəzarət-təftiş komissiyasının hesabatı dinlənildikdən sonra qurultay nümayəndələrinin təklifləri əsasında Nizamnaməyə bəzi dəyişiklik və əlavələr edilmişdir. İdarə Heyəti və Nəzarət Təftiş Komissiyasının tərkibi seçilmişdir.
Qurultayda TADF-in mətbu orqanının yaradılması, internet səhifəsinin təkmilləşdirilməsi, üzv təşkilatların fəaliyyətinin daha yaxşı koordinasiya olunması ilə bağlı tədbirlərin görülməsi və digər qərarlar da qəbul olunmuşdur.
Diasporla İş üzrə Dövlət Komitəsi aparatının rəhbəri Nəriman Qurbanov  qurultayda TADF-in keçdiyi tarixi yol haqqında danışmış, bu qurumun bir sıra uğurlara imza atdığını bildirmişdir. 
Toplantının sonunda qurultay iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Türkiyə Respublikasının Prezidenti Abdullah Gülə müraciəti qəbul olunmuşdur.
 
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-11-09
AZƏRBAYCANIN MADDİ-MƏNƏVİ İRSİ
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved