• Azərbaycan Qılıncoynatma Federasiyasının hesabat-seçki konfransı keçirilibAzərbaycan Qılıncoynatma Federasiyasının hesabat-seçki konfransı keçirilib
  •  Prezidentlərin övladları Azərbaycana gələcək Prezidentlərin övladları Azərbaycana gələcək
  • Bakı şəhərində Qlobal Gənc Liderlər Forumu keçiriləcəkBakı şəhərində Qlobal Gənc Liderlər Forumu keçiriləcək
  • Türkiyənin diplomatik jurnalı Zəhradan yazıbTürkiyənin diplomatik jurnalı Zəhradan yazıb
  • Azərbaycan və Gürcüstanın gənclər təşkilatları arasında əlaqələr genişlənir  Azərbaycan və Gürcüstanın gənclər təşkilatları arasında əlaqələr genişlənir


ÜMUMRUSİYA AZƏRBAYCAN KONQRESİNİN II QURULTAYI


 ÜMUMRUSİYA AZƏRBAYCAN KONQRESİNİN II QURULTAYI

 2004-cü il oktyabrın 19-da Moskvada, İttifaqlar Evinin sütunlu salonunda Ümumrusiya Azərbaycan Konqresinin II qurultayı keçirilmişdir. ÜAK-ın II qurultayında Rusiya Federasiyasının bütün regionlarından soydaşlarımız, digər MDB ölkələrindəki Azərbaycan diasporlarının təmsilçiləri, Moskva şəhərinin meri Yuri Lujkov və başqa rəsmi şəxslər iştirak etmişlər. 

  Qeyd edək ki, Ümumrusiya Azərbaycan Konqresinin Moskva regional təşkilatının nəzdində azərbaycanlı qadınları öz ətrafında birləşdirən yeni cəmiyyət yaradılmışdır. Bu qurumun yaradılmasında əsas məqsəd Rusiyada yaşayan azərbaycanlı qadınların vahid təşkilatda birləşdirilməsinə nail olmaq, onların ictimai-siyasi həyatda daha fəal iştirakına təminat yaratmaqdan ibarət olmuşdur. 
 Qurultayda Rusiya Federasiyasındakı Azərbaycan diasporunun üçillik fəaliyyətinə yekun vurulmuş və gələcək işlərin əsas istiqamətləri müəyyənləşdirilmişdir.
   Prezident İlham Əliyevin Ümumrusiya Azərbaycan Konqresinin II qurultayında Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə birgə iştirakı diaspor quruculuğunun Azərbaycanın dövlət siyasətinin ən mühüm istiqamətlərindən biri olduğuna daha bir əyani sübutu olmuşdur.
   Dövlət başçıları Konqresin fəaliyyətini yüksək qiymətləndirmiş, Azərbaycan və Rusiya xalqları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində bu təşkilatın əhəmiyyətini vurğulamışlar.
 
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLILAR ÜÇÜN YADDAŞ (məlumat kitabı)
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved