• Diaspor rəhbəri Misir parlamentində görüş keçiribDiaspor rəhbəri Misir parlamentində görüş keçirib
  • Soydaşımız Qazaxıstanda yüksək fəxri ada layiq görülübSoydaşımız Qazaxıstanda yüksək fəxri ada layiq görülüb
  • Moskva vilayətində Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə bağlı anım mərasimi keçirilibMoskva vilayətində Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə bağlı anım mərasimi keçirilib
  • Ulu Öndərin vəfatının ildönümü Kiyevdə qeyd olunubUlu Öndərin vəfatının ildönümü Kiyevdə qeyd olunub
  • Misirdəkİ Azərbaycan diasporu ümummilli liderin xatirəsini anıbMisirdəkİ Azərbaycan diasporu ümummilli liderin xatirəsini anıb


ÜMUMRUSİYA AZƏRBAYCAN KONQRESİNİN III QURULTAYI


ÜMUMRUSİYA AZƏRBAYCAN KONQRESİNİN III QURULTAYI
 
2011-ci il noyabr ayının 25-də Rusiya Federasiyasının Moskva şəhərində Ümumrusiya Azərbaycan Konqresinin III qurultayı keçirilmişdir. Ümumrusiya Azərbaycan Konqresinin Rəyasət Heyətinin “Ümumrusiya Azərbaycan Konqresinin III qurultayının çağırılması barədə” Qərarına uyğun olaraq keçirilən Qurultaya Rusiya Federasiyasının 72 regionundan 130 nümayəndə seçilmişdir. 
Qurultayda Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Prezident Administrasiyasının şöbə müdirləri Zeynal Nağdəliyev, Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Milli Məclisin deputatı, Azərbaycandakı rus icmasının rəhbəri Mixail Zabelin, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, o cümlədən Azərbaycan Respublikası və Rusiya Federasiyasının yüksək səviyyəli dövlət nümayəndələri, Rusiyada yaşayan tanınmış azərbaycanlı ziyalılar, alimlər, iş adamları, ictimai xadimlər və kütləvi informasiya vasitələrinin təmsilçiləri də iştirak etmişlər.
Qurultayda “Ümumrusiya Azərbaycan Konqresinin RF Prezidenti Dmitri Medvedevə Müraciəti”, “Ümumrusiya Azərbaycan Konqresinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Müraciəti”, “Ümumrusiya Azərbaycan Konqresinin Bəyanatı”, “ÜAK-ın Qətnaməsi” qəbul olunmuşdur.
 
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved