• ABŞ-dakı diaspor təşkilatları bəyanat yayıbABŞ-dakı diaspor təşkilatları bəyanat yayıb
  • Yunanıstanda Beynəlxalq Dil Festivalı keçirilibYunanıstanda Beynəlxalq Dil Festivalı keçirilib
  • Kanadadakı Azərbaycan icması Helsinki dinləmələrinə etiraz edirKanadadakı Azərbaycan icması Helsinki dinləmələrinə etiraz edir
  • Laçının işğalından 26 il ötürLaçının işğalından 26 il ötür
  • Fuad Muradov Rumıniyanın Azərbaycandakı səfiri ilə görüşübFuad Muradov Rumıniyanın Azərbaycandakı səfiri ilə görüşüb


"XARİCİ ÖLKƏLƏRDƏ YAŞAYAN AZƏRBAYCANLILARIN CƏMİYYƏTƏ İNTEQRASİYASI: MÖVCUD VƏZİYYƏT VƏ PERSPEKTİV GÖZLƏNTİLƏR" MÖVZUSUNDA FORUM


 "XARİCİ ÖLKƏLƏRDƏ YAŞAYAN AZƏRBAYCANLILARIN CƏMİYYƏTƏ İNTEQRASİYASI: MÖVCUD VƏZİYYƏT VƏ PERSPEKTİV GÖZLƏNTİLƏR" MÖVZUSUNDA FORUM

2012-ci il avqustun 5-də Türkiyənin Bodrum şəhərində “Xarici ölkələrdə yaşayan azərbaycanlıların cəmiyyətə inteqrasiyası: mövcud vəziyyət və perspektiv gözləntilər” mövzusunda forum keçirilmişdir. Forumda Azərbaycanın dövlət, hökumət və parlament nümayəndələri, Rusiya və Türkiyə rəsmiləri iştirak etmişlər. Forumun işində 26 ölkədən 172 diaspor təşkilatının 200 nəfər nümayəndəsi iştirak etmişdir ki, onların 157 nəfəri xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan icma və birliklərinin rəhbərləridir. Forum çərçivəsində keçirilmiş panellərdə Azərbaycan Respublikası  Prezidenti İlham Əliyevin Dünya azərbaycanlılarının III qurultayındakı nitqində Azərbaycan diasporunun qarşısında qoyduğu bir sıra vəzifələrə dair məsələlər müzakirə edilmişdir.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirmişdir ki, forumun əsas məqsədi xarici ölkələrdə yaşayan azərbaycanlıların cəmiyyətə inteqrasiyası, hüquq və azadlıqlarının müdafiəsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində diaspor təşkilatlarımızın fəaliyyəti ilə bağlı məsələləri bir daha müzakirə etməkdir. 
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov forumda çıxış edərək dövlətimizin diaspor və lobbi quruculuğu sahəsində siyasətinin əsas aspektlərini, istiqamət və prioritetlərini təhlil etmiş, qarşıda duran vəzifələr haqqında fikirlərini söyləmişdir.  
Panellərdə çıxış edən məruzəçilər azərbaycanlıların təşkilatlanması, hüquq və azadlıqlarının qorunması sahəsində bir sıra uğurlu tədbirlərin həyata keçirildiyini və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında xaricdə təhsil alan tələbələrin xüsusi fəallıq göstərdiyi diqqətə çatdırmışdır. 
 
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved