• Azərbaycan diasporu Strasburqda Türkiyəyə dəstək aksiyası keçiribAzərbaycan diasporu Strasburqda Türkiyəyə dəstək aksiyası keçirib
  • İzmirdə Xocalı abidəsi ucaldılacaqİzmirdə Xocalı abidəsi ucaldılacaq
  • Soydaşımız Qazaxıstanda yüksək vəzifəyə təyin edilibSoydaşımız Qazaxıstanda yüksək vəzifəyə təyin edilib
  • Stokholmda qeyd edilən uşaq bayramına azərbaycanlılar da qatılıbStokholmda qeyd edilən uşaq bayramına azərbaycanlılar da qatılıb
  • Leyla Əliyevanın təşəbbüsü ilə MDU-nun Botanika bağında ağacəkmə aksiyası keçirilibLeyla Əliyevanın təşəbbüsü ilə MDU-nun Botanika bağında ağacəkmə aksiyası keçirilib


YAKIN DOĞU UNİVERSİTETİ İLƏ DİASPORLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ ARASINDA ƏMƏKDAŞLIQ PROTOKOLUNUN İMZALANMA MƏRASİMİ


 YAKIN DOĞU UNİVERSİTETİ İLƏ DİASPORLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ ARASINDA ƏMƏKDAŞLIQ PROTOKOLUNUN İMZALANMA MƏRASİMİ

2010-cu il fevral ayında Diasporla İş üzrə Dövlət Komitəsi ilə Şimali Kipr Yaxın Doğu Universiteti (YDU) arasında “Təhsil, mədəniyyət və incəsənət sahəsində əməkdaşlıq” barədə razılıq əldə edilmişdir. Anlaşmaya uyğun olaraq, yeni tədris ilindən etibarən hər il 20 azərbaycanlı gəncin Yaxın Doğu Uni- versitetində ödənişsiz əsaslarla təhsil almasına şərait yaradılmışdır. Təlimin ingilis dilində olduğu universitetdə azərbaycanlı tələbələr “Turizm və otel idarəçiliyi”, “Avropa Birliyi ilə münasibətlər”, “Maliyyə və bank işi”, “İqtisadiyyat, idarəetmə, marketinq”, “Siyasət elmləri”, “Beynəlxalq münasibətlər”, “Beynəlxalq menecment”, “Qəzetçilik, radio, televiziya və kino” ixtisasları üzrə təhsil almaq imkanı əldə edəcəklər. Dövlət Komitəsi Gürcüstanda yaşayan azərbaycanlı gənclərin cəmiyyətə inteqrasiyasına dəstək vermək, habelə yüksək ixtisaslı gənc kadrların hazırlanmasına yardım göstərmək məqsədilə protokolda nəzərdə tutulmuş 20 yerə namizədlərin Gürcüstanda yaşayan və qəbul imtahanlarında yüksək bal toplayan, lakin müsabiqədən keçməyən azərbaycanlı gənclər arasından seçilməsini məqsədəuyğun hesab etmişdir.
Yaxın Doğu Universitetinin rəhbərliyi, yerli dövlət və ictimaiyyət nümayəndələrinin, abituriyentlərin valideynlərinin iştirakı ilə keçirilmiş açıq müsahibənin nəticəsi olaraq, 18 nəfər soydaşımız müxtəlif ixtisaslar üzrə universitetə təhsil almaq üçün göndərilmişdir. Dövlət Komitəsi Yaxın Doğu Universitetinə qəbul olunmuş tələbələrin əksəriyyətinin aztəminatlı ailələrdən olduğunu nəzərə alaraq, onların hər birinə 300 ABŞ dolları məbləğində təqaüd verilməsini öhdəsinə götürmüşdür.
 
 
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
QURULTAYA HESABAT
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved