• ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıbABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıb
  • Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib
  • Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edib
  • 20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib


Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanlıların soyqırımı haqqında" 1998-ci il 26 mart tarixli fərmanının icrasının ardıcıl və mütəşəkkil şəkildə həyata keçirilməsi ilə bağlı tədbirlər planı haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


 

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanlıların soyqırımı haqqında" 1998-ci il 26 mart tarixli fərmanının icrasının ardıcıl və mütəşəkkil şəkildə həyata keçirilməsi ilə bağlı tədbirlər planı haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

 Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanlıların soyqırımı haqqında" 1998-ci il 26 mart tarixli fərmanının icrasının ardıcıl və mütəşəkkil şəkildə təmin etmək məqsədilə qərara alıram:

 1. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanlıların soyqırımı haqqında" 1998-ci il 26 mart tarixli fərmanının icrasının ardıcıl və mütəşəkkil şəkildə həyata keçirilməsi ilə bağlı tədbirlər planı təsdiq edilsin.

 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

 

Azərbaycan Respublikasının Prezidenti  HEYDƏR ƏLİYEV

 Bakı şəhəri, 30 mart 1999-cu il

No  111

 

 

 

 

ƏLAVƏ 1

 

XIX-XX ƏSRLƏRDƏ AZƏRBAYCAN XALQINA QARŞI YERİDİLMİŞ SOYQIRIMI

SİYASƏTİ VƏ AZƏRBAYCANLILARIN TARİXİ-ETNİK TORPAQLARINDAN

DEPORTASİYASI İLƏ BAĞLI TƏDBİRLƏR PLANINA

 

ƏLAVƏ

 1.  Elmlər Akademiyası - mart 1999-cu il

2.  M. Ə. Rəsulzadə adına Bakı Dövlət Universiteti - may 1999-cu il

3.  Y. Məmmədəliyev adına Naxçıvan Dövlət Universiteti - sentyabr 1999-cu il

4.  H. Zərdabi adına Gəncə Pedaqoji İnstitutu - oktyabr 1999-cu il

 

 

 

ƏLAVƏ 2

XIX-XX ƏSRLƏRDƏ AZƏRBAYCAN XALQINA QARŞI YERİDİLMİŞ SOYQIRIMI

SİYASƏTİ VƏ AZƏRBAYCANLILARIN TARİXİ-ETNİK TORPAQLARINDAN

DEPORTASİYASI İLƏ BAĞLI TƏDBİRLƏR PLANINA

 

ƏLAVƏ

1.  Azərbaycan Respublikası Prezidentinin Aparatı və Elmlər Akademiyasının azərbaycanlıların soyqırımına həsr olunmuş elmi-əməli konfransının materialları - 20 çap vərəqi

2.  İ. Məmmədov, S. Əsədov. "Azərbaycanlıların soyqırımı. Yaddaş kitabça-sı" (rus, ingilis, fransız, ərəb dillərində) - 10 çap vərəqi

3.  A. Paşayev. "Soyqırımı" (Azərbaycan və rus dillərində) - 20 çap vərəqi

4.  Deportasiya. Məqalələr toplusu (Azərbaycan və rus dillərində) - 25 çap vərəqi

5.  Deportasiyaya məruz qalmış həmvətənlərimizin xatirələri (Azərbaycan və rus dillərində) - 25 çap vərəqi

6.  Soyqınmı mövzusunda bədii əsərlərdən ibarət toplu - 20 çap vərəqi

7.  Əyyub Abbasov. "Zəngəzur". Roman (Azərbaycan və rus dillərində). Təkrar nəşri - 30 çap vərəqi

8.  Budaq Budaqov. "Azərbaycan XX əsrdə. Erməni təcavüzü" (Azərbaycan və rus dillərində) - 15 çap vərəqi

9.  Budaq Budaqov. "Ermənistanda Azərbaycan toponimləri" (rus və ingilis dillərində)

10.  Ermənistanda Azərbaycan tarixi abidələri (Azərbaycan Elmlər Akademiyası, Azərbaycan, rus və ingilis dillərində) - 20 çap vərəqi

11.  Eriç FEQL. "Erməni terrorizmi: Mif və reallıqlar" (Azərbaycan və rus dillərində) - 15 çap vərəqi

12.  XIX əsrdə azərbaycanlıların deportasiyası. Məqalələr toplusu - 20 çap vərəqi

13.  1918-ci il soyqırımı - 20 çap vərəqi

 

 

 

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLILAR ÜÇÜN YADDAŞ (məlumat kitabı)
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved