• Fuad Muradovun Gürcüstana ilk rəsmi səfəri  Gürcüstan mətbuatında geniş işıqlandırılıbFuad Muradovun Gürcüstana ilk rəsmi səfəri Gürcüstan mətbuatında geniş işıqlandırılıb
  • Gürcüstanın Starvision televiziya kanalında  Fuad Muradovun müsahibəsi yayımlanacaqGürcüstanın Starvision televiziya kanalında Fuad Muradovun müsahibəsi yayımlanacaq
  • Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşübGürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşüb
  • Bolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilibBolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilib
  • Diaspor rəhbəri Misirin nüfuzlu  televiziya kanalının qonağı olub.Diaspor rəhbəri Misirin nüfuzlu televiziya kanalının qonağı olub.


Xocalı Soyqırımının 3-cü ildönümünün keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


   Xocalı soyqırımının 3-cü ildönümünün keçirilməsi haqqında

 
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
 
 
 
1995-ci il fevral ayının 26-da Xocalı soyqırımının 3-cü ildönümü tamam olur. Bu faciənin qurbanlarının xatirəsini dərin hüznlə yad edərək, Azərbaycan xalqının milli matəm günü münasibətilə qərara alıram:
 
1. Xocalı soyqırımının 3-cü ildönümü ilə bağlı tədbirlərin həyata keçirilməsi üçün aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılsın:
 
Ramiz Mehdiyev — Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının rəhbəri (sədr)
 
Hidayət Orucov—Azərbaycan Respublikasının Dövlət müşaviri
 
Qabil Hüseynli — Azərbaycan Respublikasının Dövlət müşaviri
 
İzzət Rüstəmov — Azərbaycan Respublikası Baş nazirinin müavini          
 
Rəfael Allahverdiyev — Bakı şəhər İcra hakimiyyətinin başçısı
 
Həsən Həsənov — Azərbaycan Respublikasının xarici işlər naziri
 
Yusif Hümbətov — Azərbaycan Respublikası Prezidenti aparatının Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri
 
Fatma Abdullazadə — Azərbaycan Respublikası Prezidenti aparatının humanitar siyasət şöbəsinin müdiri
 
Allahşükür Paşazadə—Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri
 
Lidiya Rəsulova — Azərbaycan Respublikasının təhsil naziri
 
Sabir Rüstəmxanlı—Azərbaycan Respublikasının mətbuat və informasiya naziri
 
Polad Bülbüloğlu — Azərbaycan Respublikasının mədəniyyət naziri
 
Əbülfəz Qarayev — Azərbaycan Respublikasının gənclər və idman naziri
 
İlqar Rəhimov — Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
 
Vaqif Qasımov — Milli Məclisin Qaçqınlar və xaricdə yaşayan soydaşlarla əlaqə komissiyasının sədri
 
Eldar Salayev — Azərbaycan Respublikası Elmlər Akademiyasının prezidenti
 
Anar Rzayev — Azərbaycan Yazıçılar Birliyinin sədri
 
Səttar Mehbalıyev — Azərbaycan həmkarlar İttifaqları Konfederasiyasının sədri
 
Elman Məmmədov—Xocalı rayonu İcra hakimiyyətinin başçısı
 
Babək Məmmədov—Azərbaycan Respublikası Dövlət Teleradio Verilişləri Şirkətinin sədri
 
Yusif Əliyev — Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin birinci müavini
 
2. Xocalı soyqırımının 3-cü ildönümünün keçirilməsinə dair tədbirlər planı təsdiq edilsin (əlavə olunur).
 
 
 
Azərbaycan Respublikasının Prezidenti
 
Heydər ƏLİYEV.
 
 
 
Bakı şəhəri, 19 fevral 1995-ci il.
 
No 157.
 
 
 
 
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİK XARTİYASI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved