• 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  • 20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb 20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb
  • ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıbABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıb
  • Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib


Milli Məclisin dünya parlamentlərinə və beynəlxalq təşkilatlara Xocalı soyqırımının üçüncü ildönümü ilə əlaqədar müraciəti barədə Azərbaycan Respublikası Milli Məclisinin qərarı


 Milli Məclisin dünya parlamentlərinə və beynəlxalq təşkilatlara Xocalı soyqırımının üçüncü ildönümü ilə əlaqədar müraciəti barədə

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI
 
Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımının üçüncü; ildönümü ilə əlaqədar Milli Məclisin Qaçqınlar və xaricdə yaşayan soydaşlarla əlaqə komissiyasının təklifini müzakirə edərək qərara alır:
1. Xocalı soyqırımı barədə həqiqətlərin dünya xalqlarına və beynəlxalq ictimaiyyətə çatdırılması və bu hadisələrin üçüncü ildönümü ilə əlaqədar dünya parlamentlərinə və beynəlxalq təşkilatlara müraciət qəbul edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, müraciətin mətninin adları çəkilən ünvanlara çatdırılmasını təmin etsin.
 
Azərbaycan Respublikası Ali Sovetinin sədri
R. QULİYEV.
 
Bakı şəhəri, 24 fevral 1995-ci il. 
No  983.
 
DÜNYA PARLAMENTLƏRİNƏ VƏ 
BEYNƏLXALQ TƏŞKİLATLARA

MÜRACİƏT
 
Dövlət səviyyəsində qeyd edilən Xocalı soyqırımının (genosidinin) fevralın 26-da üçüncü ildönümü tamam olur. Keçən il parlamentin qərarı ilə “Xocalı soyqırımı günü” elan edilmiş həmin matəm xalqımız tərəfindən Dərin hüznlə yad edilir və artıq bu tarix millətin qəlbinə yaddaş günü kimi daxil olmuşdur.
Erməni tarixçiləri və siyasətçiləri guya erməni genosidi olan 1915-ci il hadisələrini ildən-ilə şişirtmək və təbliğ etməklə, əslində əsrin əvvəlindən həyata keçirilən azərbaycanlıların kütləvi qırğınını unutdurmağa, dünya ictimaiyyətini çaşdırmağa çalışırlar.
Xocalı faciəsi XX əsrdə “Böyük Ermənistan” və monoetnik dövlət yaratmaq kimi şovinist siyasət müəllifləri olan ermənilərin Azərbaycan xalqının başına gətirdiyi ən dəhşətli cinayətlərdən biridir. İndiyədək dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar tərəfindən dərk olunub pislənilməməsi və qarşısının alınmasına cəhd göstərilməsi, nəticəsində 1905-ci ildən başlayaraq Azərbaycan torpaqlarının ilhaqını davam etdirən erməni qəsbkarları XX əsrin sonunda, sivilizasiyalı dünyanın közünün qabağında bütün insanlığa silinməz ləkə olan dəhşətli cinayət və vəhşilik törətmişlər.
Həmin gün qısa bir vaxt ərzində erməni silahlı dəstələri şəhərin dinc əhalisindən 335 nəfəri qəddarcasına, ağır işgəncə verməklə məhv etmiş, 421 nəfərə ağır xəsarət yetirmişlər. Bu zaman 1500 nəfər itkin düşmüş və girov götürülmüş, 155 uşaq valideynlərini itirmiş, 10 min əhalisi olan şəhər talan edilmiş, tikililər dağıdılmış və yandırılmışdır. Xocalıdan sonra bu vəhşiliyi davam etdirən erməni quldurları düşünülmüş surətdə Dağlıq Qarabağın onlarla yaşayış məntəqəsini dağıtmış, Meşəli kəndini tamamilə yer üzündən silmiş, Qaradağlı kəndində yaşayan əhalinin əksəriyyətini məhv etmişlər.
Biz dünyanın bütün parlamentlərinə və beynəlxalq təşkilatlarına müraciət edərək xalqımızın başına gətirilən bu dəhşətli müsibət barədə, bütövlükdə əsrin əvvəlindən bu künə kimi 500 mindən artıq azərbaycanlının ermənilər tərəfindən öldürülməsi, azərbaycanlılar yaşayan 6 min kvadratkilometrlik əzəli azəri torpaqlarının zorla boşaldılması, həmin ərazidən 1,5 milyon nəfərdən çox azərbaycanlının qovulması, 2 minə yaxın Azərbaycan mənşəli yaşayış yerlərinin tarixi adının dəyişdirilməsi, ərazimizin 20 faizinin (12 rayonun) erməni hərbi birləşmələrinin işğalı altında olması, bunun nəticəsində 1 milyon nəfərin qaçqın kimi yaşaması faktlarını bütün dünya ictimaiyyətinə çatdırmağı və beynəlxalq prinsiplərə və hüquq normalarına uyğun olaraq bu vəhşilikləri pisləmələrini, Azərbaycanın işğalçılardan azad edilməsi üçün haqq səslərini qaldırmalarını xahiş edirik.
Qoy Heç bir xalqın həyatında Xocalı faciəsinə bənzər hadisə olmasını
 
Azərbaycan Respublikasının Milli Məclisi
 
24 fevral 1995-ci il.
 
 
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2006-03-16
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved