• Türkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyibTürkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib
  • Avropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıbAvropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıb
  • Latviya Azərbaycanlılarının Latviya Azərbaycanlılarının "Azəri" Cəmiyyətinin sədri Ulduzxan Əhmədovdan
  • Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, professor Zərifə ƏlizadədənBelqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, professor Zərifə Əlizadədən
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi olub Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi olub


Dövlət Komitəsi haqqında əsasnamənin və Komitənin strukturunun təsdiq edilməsi barədə


Azərbaycan Respublikasının Diasporla İş Üzrə Dövlət Komitəsi Haqqında Əsasnamənin Və Komitənin Strukturunun Təsdiq Edilməsi Barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinin normativ hüquqi əsaslarını təkmilləşdirmək məqsədi ilə qərara alıram: 

1. “Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur). 

2. “Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin strukturu” təsdiq edilsin (əlavə olunur). 

3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində: 

3.1. qüvvədə olan qanunvericilik aktlarının bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 

3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 

3.3. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin aparatının işçilərinin say həddini müəyyən etsin; 

3.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin. 

4. “Azərbaycan Respublikasının Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 avqust tarixli 780 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, No 8, maddə 500; 2005-ci il, No 10, maddə 910; 2008-ci il, No 11, maddə 970) qüvvədən düşmüş hesab edilsin. 

5. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir. 

 

İlham Əliyev 

Azərbaycan Respublikasının Prezidenti  

Bakı şəhəri, 14 may 2009-cu il.

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2009-07-21
AZƏRBAYCAN DİASPORU: BÖYÜK YOLUN BAŞLANĞICI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved