• Türkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyibTürkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib
  • Avropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıbAvropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıb
  • Latviya Azərbaycanlılarının Latviya Azərbaycanlılarının "Azəri" Cəmiyyətinin sədri Ulduzxan Əhmədovdan
  • Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, professor Zərifə ƏlizadədənBelqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, professor Zərifə Əlizadədən
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi olub Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi olub


Avrasiya dövlətləri doqquzuncu sammitinin iştirakçılarına


 Hörmətli Sammit iştirakçıları!

Sizi - Avrasiya Dövlətləri Doqquzuncu Zirvə Toplantısının bütün iştirakçılarını səmimiyyətlə salamlayır və toplantının işinə uğurlar diləyirəm.

Qardaş Türkiyə Cümhuriyyətinin dövlət rəhbərliyinin himayəsi və Mərmərə Qrupunun təşkilatçılığı ilə keçirilən ənənəvi Avrasiya Zirvələri xalqlarımız və dövlətlərimiz arasında iqtisadi, siyasi, humanitar və mədəni-mənəvi əlaqələrin inkişafına, bu sahələrdə yeni-yeni faydalı ideya və təşəbbüslərin meydana çıxmasına mühüm təsir göstərmişdir. Toplantıda çoxsaylı Avrasiya ölkələrinin təmsilçilərinin iştirakı bu tədbirlərin regionda səmərəli əməkdaşlıq və dostluq münasibətlərinin inkişafındakı rolunun etiraf olunmasıdır.

Mənim üçün xatırlamaq xüsusilə xoşdur ki, Azərbaycanın ümummilli lideri, mərhum Prezident Heydər Əliyev türkdilli dövlətlərin siyasi, iqtisadi və mədəni əlaqələrinin, regional əməkdaşlığının möhkəmlənməsində xidmətlərinə görə zirvə toplantılarının daimi təşkilatçısı olan Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfi tərəfindən qurumun fəxri sədri seçilmişdi. Avrasiya İqtisadi Zirvələrinin əhəmiyyətini yüksək qiymətləndirən Heydər Əliyev onun İkinci Toplantısında iştirak və çıxış etmiş, sonra isə bu tədbirləri həmişə diqqətdə saxlamışdı. Bu siyasətə sadiq qalan Azərbaycan rəhbərliyi bundan sonra da bütün sahələr üzrə ikitərəfli və regional əməkdaşlığın inkişafı, bölgəmizdə rifahın, sülhün və təhlükəsizliyin təmin olunması üçün səylərini əsirgəməyəcəkdir.

Müasir dünyada getdikcə vüsət alan qloballaşma və inteqrasiya proseslərinin tələbi ondan ibarətdir ki, gərək bütün dövlətlər və xalqlar siyasi, iqtisadi və humanitar sahələrdə sıx əməkdaşlıq etsinlər, xalqların və ölkələrin təhlükəsizliyi birgə səylərlə təmin edilsin, təcavüzkar separatizmə, terrora və müharibələrə qarşı regional və qlobal müstəvidə fəaliyyətlər əlaqələndirilsin. Düşünürəm ki, bu baxımdan Zirvə Toplantısının iştirakçıları region ölkələri arasında siyasi, iqtisadi və humanitar əməkdaşlığın mövcud vəziyyətini, təhlükəsizlik problemlərini ətraflı təhlil edəcək və onların həlli üçün perspektivli təkliflər verəcəklər.

Hazırda Türkiyə ilə Azərbaycan arasında əlaqə və münasibətlər yüksək səviyyədədir və strateji müttəfiqlik xarakteri daşıyır. Hər iki ölkənin iqtisadi imkanları, coğrafi mövqeyi elədir ki, regionda heç bir iqtisadi və enerji-kommunikasiya layihəsi onların iştirakı və iradəsi olmadan həyata keçirilə bilməz.

Biz bu imkanlardan birgə istifadə etməli, dövlətlərimizin və ölkələrimizin daha qüdrətli və zəngin olması üçün faydalanmalıyıq.

Müstəqil Azərbaycan Respublikası regional və qlobal inteqrasiya və əməkdaşlıq proseslərində, enerji-kommunikasiya layihələrində yaxından iştirak edir, onların bir çoxunun təşəbbüskarı və iştirakçısıdır. Ümummilli liderimiz Heydər Əliyevin memarı olduğu əsrin nəhəng enerji layihəsi Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi artıq başa çatmışdır və tezliklə onun istismara verilməsini təntənəli surətdə qeyd edəcəyik. Bu il digər böyük enerji layihəsi olan Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə veriləcəkdir. “Böyük İpək yolu” adlanan nəhəng nəqliyyat-kommunikasiya dəhlizinin bərpası istiqamətində digər işlər də uğurla gedir. İnşasına başlamağa hazırlaşdığımız Qars-Axalkalaki-Tbilisi-Bakı dəmir yolu regionun həyatında mühüm hadisə olacaqdır. Düşünürəm ki, bütün bu layihələrin tam gücü ilə işə düşməsi regional əməkdaşlığa yeni impuls verəcək, ölkələrimizi və xalqlarımızı bir-birinə daha da yaxınlaşdıracaqdır.

Bir daha Zirvə Toplantısının işinə uğurlar arzulayır, onun regional və beynəlxalq əməkdaşlıq üçün mühüm ideyalar və təşəbbüslər verə biləcəyinə ümid bəsləyirəm.

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 5 may 2006-cı il.

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2009-07-21
AZƏRBAYCAN DİASPORU: BÖYÜK YOLUN BAŞLANĞICI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved