• Milanda keçirilən beynəlxalq rəqs müsabiqəsində soydaşımız qalib olubMilanda keçirilən beynəlxalq rəqs müsabiqəsində soydaşımız qalib olub
  • Yeni sədr kollektivə təqdim olunubYeni sədr kollektivə təqdim olunub
  • "Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli Sərəncamına əlavələr edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  • Nazim İbrahimov Ümumdünya Ukraynalılar Konqresinin sədri ilə görüşübNazim İbrahimov Ümumdünya Ukraynalılar Konqresinin sədri ilə görüşüb
  • Türkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyibTürkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib


Dünya azərbaycanlılarına


Əziz həmvətənlər! Hörmətli soydaşlar!

Sizə hər bir azərbaycanlı üçün əziz bayram olan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə müraciət edirəm. Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə, on beş ildir dünyada yaşayan bütün azərbaycanlılar tərəfindən milli birlik və həmrəylik günü kimi qeyd edilən bu bayram Azərbaycan xalqına mənsubluq, milli-mənəvi dəyərlərimizin təbliği, tarixi Vətənə bağlılıq, soydaşlarımızın yekdillik və mütəşəkkilliyinin gücləndirilməsi ideyalarını təcəssüm etdirir.

Məmnunluqla qeyd etmək olar ki, azərbaycanlıların birliyi və həmrəyliyi ideyası bu gün artıq həm bütün dünyada yaşayan soydaşlarımızın düşüncəsinə hakim kəsilmiş, həm də dövlət siyasətimizin prioritet istiqamətləri səviyyəsinə yüksəlmişdir. Yaşadıqları ölkələrdə soydaşlarımızın təşkilatlanması, azərbaycanlı icmalarının fəaliyyətinin genişlənməsi, Vətənlə əlaqələrinin güclənməsi istiqamətində son illərdə həqiqətən çox işlər görülmüşdür. Dünya azərbaycanlılarının I və II qurultayları soydaşlarımızın öz müstəqil dövləti - Azərbaycan Respublikası ətrafında sıx birləşməsi, milli-mənəvi və ümumbəşəri dəyərləri üzvi şəkildə ehtiva edən azərbaycançılıq ideyasının yayılması prosesinə güclü təkan verdi, qarşıda duran vəzifələri müəyyənləşdirdi.

Hazırda Azərbaycan Respublikası və diasporumuz keyfiyyətcə yeni fəaliyyət mərhələsinə qədəm qoymuşdur. Azərbaycan dövləti xaricdə yaşayan soydaşlarımızın sosial-iqtisadi maraqlarının müdafiəsi, beynəlxalq konvensiyalarda təsbit olunmuş hüquqlarının qorunması üçün ardıcıl fəaliyyət göstərir, məqsədyönlü və təsirli tədbirlər görür. Gündən-günə dünya azərbaycanlılarının doğma Vətənlə əlaqələri daha da güclənir, ölkəmizin iqtisadi və sosial-mədəni həyatında iştirakı genişlənir. Ayrı-ayrı ölkələrdə azərbaycanlıların icma və cəmiyyətləri vahid mərkəzlər ətrafında birləşir, ictimai-siyasi həyata onların təsiri artır. Soydaşlarımız Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin milli mədəniyyətimizin təbliğində, təcavüzkar erməni millətçilərinin ideoloji təxribatlarının ifşa olunmasında getdikcə daha fəal rol oynayırlar.

Lakin o da qeyd olunmalıdır ki, Azərbaycan diasporunun potensial imkanları onun fəaliyyətinin real nəticələri ilə müqayisədə xeyli yüksəkdir. Qarşımızda hələ də bir çox ciddi, həlli vacib olan problemlər durur. Azərbaycanlılar yaşadıqları ölkələrin iqtisadi, siyasi və sosial-mədəni həyatına sıx inteqrasiya olunmalı, bu ölkələrlə Azərbaycan Respublikası arasında əlaqələndirici vəsilə rolunda çıxış etməlidirlər. Müxtəlif ölkələrdə mövcud olan Azərbaycan cəmiyyətlərinin qarşılıqlı fəaliyyəti gücləndirilməli, mühüm məsələlər üzrə onların tədbirləri əlaqələndirilməlidir. Məkrli erməni təbliğatına qarşı müntəzəm surətdə önləyici hücum tədbirləri təşkil edilməlidir. Ümumazərbaycan məsələləri ilə bağlı təsirli addımlar atılmalı, aparıcı ölkələrdə güclü Azərbaycan lobbisi formalaşdırılmalıdır. Dost icmalar və lobbi təşkilatları ilə səmərəli əməkdaşlıq qurulmalı, diaspor quruculuğu sahəsində onların müsbət təcrübəsindən istifadə olunmalıdır.

Yola saldığımız 2006-cı il Azərbaycan Respublikası üçün kifayət qədər uğurlu və nailiyyətlərlə zəngin bir il olmuşdur. Heydər Əliyevin ideya müəllifi və memarı olduğu Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri istifadəyə verilmişdir və hazırda ölkəmizin, bütün regionun rifahına xidmət edir. Artıq “Şahdəniz” yatağında qaz hasilatı başlanmışdır və Azərbaycan qazını dünya bazarına nəql edəcək Bakı-Tbilisi-Ərzurum boru kəməri də tezliklə istismara veriləcək. 2006-cı ildə Azərbaycan iqtisadi inkişaf sürətinə görə bütün dünyada lider mövqe tutmuşdur. Ölkədə əzəmətli sosial-iqtisadi inkişaf proqramları və infrastruktur layihələri həyata keçirilir, ən müasir texnologiyalar tətbiq olunur. Sahibkarlığın inkişafı, işsizliyin və yoxsulluğun aradan qaldırılması üçün proqramlar reallaşdırılır. Gözümüzün qarşısında ölkəmizin siması dəyişir, insanlarımızın ovqatı yaxşılaşır, sabaha inamı güclənir. Dövlətimizin bölgədə və dünyada nüfuzu yüksəlir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun ədalətli həlli istiqamətində getdikcə ölkəmizin gücü artır, xarici siyasi fəallığımız genişlənir, yeni imkanlar yaranır. Həyat özü bizim yeritdiyimiz siyasətin düzgünlüyünü, Heydər Əliyev strateji xəttinin alternativsizliyini sübut edir. Əmin ola bilərsiniz ki, bundan sonra da dövlətimizin və xalqımızın qarşısında duran bütün vəzifələr yüksək səviyyədə yerinə yetiriləcək, qloballaşan dünyada Azərbaycan Respublikası və azərbaycanlılar özünün maddi-mənəvi və intellektual potensialına uyğun layiqli yer tutacaqlar.

Əziz həmvətənlər! Hörmətli soydaşlar!

Sizin hamınızı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni, 2007-ci il münasibətilə ürəkdən təbrik edir, hər birinizə cansağlığı, firavanlıq, xoşbəxtlik, ümumi işimizdə uğurlar arzulayıram!

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 27 dekabr 2006-cı il.

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLILAR ÜÇÜN YADDAŞ (məlumat kitabı)
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved