• Fuad Muradovun Gürcüstana ilk rəsmi səfəri  Gürcüstan mətbuatında geniş işıqlandırılıbFuad Muradovun Gürcüstana ilk rəsmi səfəri Gürcüstan mətbuatında geniş işıqlandırılıb
  • Gürcüstanın Starvision televiziya kanalında  Fuad Muradovun müsahibəsi yayımlanacaqGürcüstanın Starvision televiziya kanalında Fuad Muradovun müsahibəsi yayımlanacaq
  • Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşübGürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşüb
  • Bolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilibBolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilib
  • Diaspor rəhbəri Misirin nüfuzlu  televiziya kanalının qonağı olub.Diaspor rəhbəri Misirin nüfuzlu televiziya kanalının qonağı olub.


Zəmanəmizin görkəmli musiqiçisi və ictimai xadimi Mstislav leopoldoviç rastropoviçə


Hörmətli Mstislav Leopoldoviç!

Sizi 80 illik yubileyiniz münasibətilə təbrik edir, Sizə xoşbəxtlik, cansağlığı və bənzərsiz fəaliyyətinizdə uğurlar arzulayıram.

Sizin sənətiniz violonçel ifaçılığı tarixində yeni bir dövr açmışdır. Yaradıcılığınızı tədqiq edənlər xüsusi vurğulayırlar ki, ifanızda nəinki bütünlüklə dünya violonçel musiqisinin repertuarı, eləcə də Sizin üçün bəstələnmiş yüzdən artıq əsər səslənmişdir. Hazırda dünyanın müxtəlif guşələrindəki istedadlı və gənc violonçelçalanları bir araya gətirən ən nüfuzlu müsabiqənin şərəfinizə keçirilməsi vurğunu olduğunuz çalğı aləti haqqında mövcud təsəvvürləri dəyişə bilməyinizin bariz göstəricisidir.

Dirijor kimi fəaliyyətiniz müasir musiqi sənətini özünəməxsus duyumunuzun təzahürüdür. Dünyanın ən tanınmış simfonik orkestrləri ilə çıxışlarınızla Siz incəsənət xəzinəsinə dəyərli töhfələr bəxş etmisiniz. Mötəbər teatrlarda klassik və müasir musiqi incilərinin səhnə təcəssümü ilə bağlı layihələriniz də Sizə böyük şöhrət qazandırmışdır.

Totalitarizmə qarşı atdığınız addımlar, Berlin divarı və Moskvada parlament binası önündəki çıxışlarınız siyasi fəaliyyətinizin yaddaqalan nümunəsi olmuş və XX əsrin tarixinə aid dərsliklərə daxil edilmişdir. Əldə etdiyiniz uğurları bəşər övladının mənafeyi naminə yönəltməyiniz yalnız Sizə xas olan xüsusiyyətlərdəndir. Bütün dünyada, o cümlədən Azərbaycanda mədəniyyət, təhsil və səhiyyə sahələrində gördüyünüz xeyriyyəçilik işləri bunu bir daha təsdiq edir.

İnanıram ki, yaradıcılığınızı səciyyələndirmək cəhdi bütün hallarda ifadəsi qeyri-mümkün olan ucsuz-bucaqsız bir aləmi anlatmaq istəyindən başqa heç nə olmayacaqdır. Sizin fəaliyyətiniz, şübhəsiz, elə bir fenomendir ki, onu həm musiqiçilər, həm də siyasətçilər zaman keçdikcə dərk edəcəklər. Yalnız onu deyə bilərəm ki, şəxsən məndən ötrü Sizinlə hər ünsiyyətim hamını təkrarsız şəxsiyyəti, müdrikliyi, cazibəsi və iti zəkası ilə heyran edən qeyri-adi bir insanın dünyasına nüfuz etmək imkanıdır. Dmitri Şostakoviçin 100 illik yubileyinə həsr edilmiş Bakı festivalı günlərindəki son görüşümüz zamanı mən buna bir daha əmin oldum.

Azərbaycanda musiqi mədəniyyətinin inkişafı naminə etdiklərinizi olduqca yüksək qiymətləndirirlər. Bakıda Sizinlə görüşmək fürsəti tapan hər kəs qeyd edir ki, musiqiləriniz müxtəlif səs yazılarında nə qədər gözəl səslənsə də, canlı ifanız onun təsir gücünü daha da artırır. Bütün həmyerliləriniz əmindirlər ki, konsertlərinizdə, ustad dərslərinizdə və ya Sizinlə istənilən görüşdə yaratdığınız heyrətamiz ab-hava hər şeyi kökündən dəyişdirməyə qadirdir.

Unudulmaz Heydər Əliyevlə Sizi dərin dostluq telləri bağlayırdı. Filarmoniyada onun xatirəsinə ithaf etdiyiniz musiqinin səsləndiyi konsert bizim yaddaşımızdan heç zaman silinməyəcəkdir.

Siz tərcümeyi-halı, həyat yolu Bakı şəhərindən başlayan bir dünya vətəndaşısınız. Bu gün ev-muzeyinizin yerləşdiyi bu şəhər həm də, sadəcə olaraq, Sizin evinizdir. Bu doğma evinizdə gözəl insan kimi daim yolunuzu gözləyir, dahi musiqiçi kimi Sizi sevir və görkəmli ustad-müəllim kimi şəxsiyyətinizə pərəstiş edirlər.

Ən səmimi və xoş arzularla!

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 27 mart 2007-ci il.

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-11-09
AZƏRBAYCANIN MADDİ-MƏNƏVİ İRSİ
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved