• 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  • 20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb 20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb
  • ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıbABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıb
  • Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib


Dünya azərbaycanlılarına


 Əziz həmvətənlər! 

Hörmətli soydaşlarımız!

Sizə xalqımızın ən əziz bayramlarından biri olan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə müraciət edirəm. 31 dekabr bütün dünyada yaşayan soydaşlarımız tərəfindən hər il ümummilli bayram kimi təntənə ilə qeyd edilir. Onun əsas məzmununu xalqımızın milli mənəvi dəyərlərinə hörmət, Azərbaycan xalqına mənsubluq, Vətənə bağlılıq, azərbaycançılıq duyğuları və ideyaları təşkil edir.  

Bu yüksək ideyaların birləşdirici dəyərlər kimi bütün dünyada yaşayan azərbaycanlılar arasında yayılması, dilimizin, mədəniyyətimizin, mütərəqqi adət-ənənələrimizin yaşadılması və inkişaf etdirilməsi ümummilli lider Heydər Əliyevin müqəddəs amalı idi. Müstəqillik illərində dünya azərbaycanlılarının həmrəyliyi ideyası ictimai təşəbbüslərdən və fərdi duyğulardan əməli işə, çoxşaxəli fəaliyyət planına və dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilmişdir. Azərbaycanlıların yığcam yaşadıqları ölkələrdə təşkilatlanması, birlik və mütəşəkkilliyinin gücləndirilməsi, tarixi Vətənlə əlaqələrinin möhkəmləndirilməsi istiqamətində davamlı və məqsədyönlü tədbirlər görülmüşdür.

Bu gün dünya azərbaycanlıları yaşadıqları ölkələrdə nüfuzlu və fəal toplum kimi çıxış edir, cəmiyyətin iqtisadi, ictimai-siyasi və mədəni həyatına daha çox inteqrasiya olunur, həmin ölkələrlə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında əhəmiyyətli rol oynayırlar. Digər tərəfdən, Azərbaycan Respublikası insan hüquqlarına dair beynəlxalq sənədlərdə əksini tapmış prinsipial müddəalardan çıxış edərək, bütün dünyada soydaşlarımızın vətəndaş hüquqlarının qorunması üçün əməli tədbirlər görür.

Lakin dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən azərbaycanlı icmaları arasında əlaqələrin möhkəmləndirilməsi, soydaşlarımızın ayrı-ayrı ölkələrin ictimai siyasi və mədəni həyatına, eləcə də qloballaşan dünyanın aktual problemlərinə təsirinin gücləndirilməsi tələb olunan səviyyədə deyil. Odur ki, diaspor təşkilatları və müvafiq dövlət qurumları gələcəkdə bu istiqamətlərdə bütün resursların hərəkətə gətirilməsi üçün davamlı çalışmalıdırlar. Eyni zamanda, dost ölkələrin və xalqların lobbi və diaspor təşkilatları ilə səmərəli əməkdaşlığın gücləndirilməsi üzərində ciddi işləməlidirlər.

Hazırda Azərbaycan Respublikası öz tarixinin mühüm inkişaf və tərəqqi dövrünü yaşayır. Qarşıya qoyduğumuz bütün vəzifələr uğurla həll olunur. Artıq neçə ildir ki, Azərbaycan iqtisadi inkişaf sürətinə və infrastruktur layihələrinin reallaşma templərinə görə dünyada öncül mövqelərə malikdir. Dünyanın iqtisadi və enerji təhlükəsizliyinə mühüm töhfə olan Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz xətlərinin istifadəyə verilməsi, Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilməsinə başlanması və bu kimi digər transmilli layihələrin reallaşması nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilmişdir. Vətəndaşlarımızın və soydaşlarımızın birlik və həmrəylik duyğuları, milli mənlik şüuru güclənmişdir. Bu mərhələdə qarşımızda duran ən mühüm vəzifə, bir tərəfdən, Azərbaycan həqiqətlərini bütün dünyada fəal təbliğ etmək, dövlətimizin müsbət imicini gücləndirmək, digər tərəfdən, məkrli erməni təbliğatını ifşa etmək, ona qarşı aktiv hücum mövqeyi tutmaqdır.

Bu əziz bayram münasibətilə dünyada yaşayan həmvətənlərimizi və bütün soydaşlarımızı səmimi qəlbdən təbrik edir, hər birinə cansağlığı, firavanlıq və əmin-amanlıq arzulayıram.

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 25 dekabr 2007-ci il. 

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
QURULTAYA HESABAT
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved