• 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  • 20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb 20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb
  • ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıbABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıb
  • Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib


Tamara Sinyavskayaya


Əziz Tamara İlyiniçna,

Həyat yoldaşınız, zəmanəmizin görkəmli musiqi xadimi Müslüm Maqomayevin vaxtsız vəfatı barədə faciəli xəbəri ürək ağrısı ilə qarşıladım. Bu ağır itki ilə əlaqədar bütün Azərbaycan xalqı ilə birlikdə mən də kədər içindəyəm və sizə dərin hüznlə başsağlığı verirəm. Biz hamımız bu ölüm xəbərini böyük şəxsi itki, bütün azərbaycanlılar üçün, bütün musiqi aləmi üçün əvəzsiz itki kimi qəbul edirik. Müslüm Maqomayev bizim üçün bütöv bir dövrün rəmzi, əsl sənətin təcəssümü, milyonlarla insanın sevimlisi idi.

Unudulmaz Heydər Əlirza oğlu Əliyevin Maqomayevə necə böyük məhəbbət və qayğı ilə yanaşmasını Azərbaycanda yaxşı xatırlayırlar. Heydər Əliyev Müslümü musiqi sənətinin canlı əfsanəsi adlandırır və onu babası Müslüm Maqomayevin Azərbaycanda təməlini qoyduğu ənənələrin layiqli davamçısı hesab edirdi.

Bu böyük müğənnini və güclü rəğbət hissi doğuran insanı tanıyanların və sevənlərin hamısı Sizin kədərinizə şərik olur.

Allah sizə yar olsun.

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 25 oktyabr 2008-ci il. 

VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved