• ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıbABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıb
  • Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib
  • Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edib
  • 20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib


Azərbaycan diasporunun tanınmış xadimi Səid Qurbanova


 Hörmətli cənab Səid Qurbanov!

Sizi – Dağıstan azərbaycanlılarının görkəmli nümayəndəsini anadan olmağınızın 80 illiyi münasibətilə səmimi qəlbdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, səadət və nəcib fəaliyyətinizdə uğurlar arzulayıram.

Sizin Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Dağıstan Respublikası arasında qarşılıqlı əlaqələrin daimi inkişafındakı xidmətləriniz təqdirə layiqdir. Müxtəlif dövrlərdə Siz olduqca mötəbər qurumlara başçılıq edərək vətənpərvərlik ruhu və əzmkarlıq nümayiş etdirmisiniz. Yüksək təşkilatçılıq bacarığınız Dərbəndə rəhbərlik etdiyiniz dövrdə özünü xüsusilə büruzə vermişdir. Sizin müdrikliyiniz və böyük həyat təcrübəniz müxtəlif nəsillərin nümayəndələri tərəfindən dərin rəğbət və ehtiramla qarşılanmışdır. Azərbaycan diasporunun təşkilatlanmasında misilsiz xidmətlər göstərmiş ulu öndər Heydər Əliyev həmişə fəaliyyətinizi və şəxsiyyətinizi yüksək dəyərləndirmişdir.

Sizin gərgin və məhsuldar əməyiniz lazımınca qiymətləndirilmiş və Siz bir çox mükafatlara, o cümlədən Azərbaycan Respublikasının ali mükafatına – “Şöhrət” ordeninə layiq görülmüsünüz. Bununla yanaşı, sözsüz ki, Sizin ən böyük mükafatınız el ağsaqqalı kimi qazandığınız nüfuz və hörmətdir. Əminəm ki, Siz bundan sonra da özünüzə xas uzaqgörənliklə dünya azərbaycanlılarının həmrəyliyi işinə layiqli töhfələr verəcəksiniz.

Ən xoş arzularla,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 20 dekabr 2008-ci il. 

MEDİATEKA
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved