• ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıbABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıb
  • Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib
  • Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edib
  • 20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib


On dördüncü avrasiya zirvə toplantısının iştirakçılarına


 Hörmətli toplantı iştirakçıları!

Sizi salamlayır və On dördüncü Avrasiya İqtisadi Zirvə Toplantısının işə başlaması münasibətilə təbrik edirəm.

Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı və Türkiyə dövlətinin dəstəyi ilə hər il keçirilən bu ənənəvi toplantılara dünyada maraq durmadan artmaqdadır. Beynəlxalq iqtisadi və siyasi əməkdaşlığın inkişafına, xalqlar arasında dostluq və qardaşlıq əlaqələrinin güclənməsinə əlavə imkanlar yaradan belə toplantılara Azərbaycan həmişə xüsusi əhəmiyyət verir.

Dünyada yaşayan bütün xalqların mənafeləri və təhlükəsizliyinin etibarlı təminatı dövlətlər arasında iqtisadi, humanitar və mədəni əməkdaşlığın qurulmasını, aqressiv separatizmə, terrora, yoxsulluğa, ekoloji problemlərə və bəşəriyyəti təhdid edən digər qlobal təhlükələrə qarşı birgə mübarizənin aparılmasını qaçılmaz edir. Azərbaycan Respublikası əksər bəşəri çağırışlara cavab olaraq, dünya və region dövlətləri ilə bütün sahələrdə sıx əməkdaşlığa, inteqrasiya proseslərinin dərinləşməsinə üstünlük verir. Ölkəmizin əlverişli coğrafi mövqeyi, zəngin enerji resursları, transmilli kommunikasiya imkanları qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün münbit şərait yaradır. Biz daim ölkəmizin potensialından digər xalqların da faydalanmasına çalışmış, Azərbaycanın müxtəlif güc mərkəzlərinin rəqabət meydanı deyil, əməkdaşlıq məkanı olduğunu bəyan etmişik. Azərbaycan öz qonşuları və dünyanın digər ölkələri ilə qarşılıqlı maraqlara söykənən münasibətləri inkişaf etdirməklə regional təhlükəsizliyə və sosial-iqtisadi tərəqqiyə mühüm töhfələr verir.

İnanıram ki, bugünkü Forumda tanınmış ictimai-siyasi xadimlərin, nüfuzlu beynəlxalq təşkilatların iştirakı ilə keçirilən müzakirələr hər birimizi narahat edən bəşəri problemlərin həlli, dövlətlər və xalqlar arasında əlaqələrin daha yüksək səviyyəyə çatdırılması üçün yeni imkan və vasitələrin tapılmasına xidmət edəcəkdir.  

Sammit iştirakçılarını bir daha təbrik edir, toplantının işinə uğurlar arzulayıram.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 11 aprel 2011-ci il.

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-03-16
DÜNYA AZƏRBAYCANLILARININ II QURULTAYI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved