• ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıbABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıb
  • Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib
  • Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edib
  • 20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib


Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan ilə görüş


Noyabrın 17-də "Gülüstan" sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın görüşü olmuşdur.

Görüş zamanı Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq əlaqələrinin bütün istiqamətlərdə uğurla inkişaf etdiyi vurğulandı. Ölkələrimizin iştirakı və təşəbbüsü ilə həyata keçirilən qlobal enerji layihələrinin xalqlarımızın firavanlığına, bölgədə sülhün, sabitliyin təmin olunması işinə xidmət etdiyi qeyd olundu.

Türk dövlət və cəmiyyətlərinin XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayının Azərbaycan ilə Türkiyə, habelə bütün türkdilli ölkələr arasında əlaqələrin genişlənməsi işində mühüm rol oynayacağı vurğulandı.

Prezident İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğan əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminliklərini bildirdilər.

17 noyabr 2007-ci il 

VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved