• Türkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyibTürkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib
  • Avropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıbAvropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıb
  • Latviya Azərbaycanlılarının Latviya Azərbaycanlılarının "Azəri" Cəmiyyətinin sədri Ulduzxan Əhmədovdan
  • Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, professor Zərifə ƏlizadədənBelqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, professor Zərifə Əlizadədən
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi olub Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi olub


Litvada fəaliyyət göstərən Azərbaycan cəmiyyətlərinin nümayəndələri ilə görüş


 Sentyabrın 13-də Prezident İlham Əliyev Litvada fəaliyyət göstərən Azərbaycan cəmiyyətlərinin nümayəndələri ilə görüşmüşdür.

 

Diaspor nümayəndələri fəaliyyətləri və apardığı təşkilatlanma işləri barədə Prezidentə məlumat verdilər. Dövlətimizin başçısı diaspor quruculuğu istiqamətində görülən işlərdən danışdı və bildirdi ki, Azərbaycan dövləti xaricdə yaşayan soydaşlarımızla əlaqələrin güclənməsinə xüsusi diqqət göstərir və bu sahədə işlər bundan sonra da davam etdiriləcəkdir.

 

Prezident İLHAM ƏLİYEV dedi:

 

- Yəqin ki, bilirsiniz, bu gün burada Litva-Azərbaycan biznes forumu öz işinə başlayıbdır. Burada yerli həmkarları ilə iş qurmaq üçün Bakıdan çoxlu iş adamları gəliblər. Əlbəttə ki, mən çox istərdim ki, burada yaşayan azərbaycanlılar bu işlərdə çox fəal iştirak etsinlər. İndi Azərbaycanda iqtisadi vəziyyət yaxşılaşır, çoxlu özəl şirkətlər yaranır, onların imkanları artır. Ümumiyyətlə, ölkənin maddi imkanları artır. Biz hesab edirik ki, Azərbaycan şirkətləri buraya investisiya qoymalıdır. Buna böyük maraq var. Siz də, burada yaşayan azərbaycanlılar da bu işlərdə iştirak etməlisiniz. Artıq səfirlik də var, Azərbaycanın rəsmi nümayəndəliyi var. Bu da ikitərəfli münasibətlər üçün çox vacib amildir. Yəni ki, hərtərəfli münasibətlərin inkişafı bizə lazımdır. Bizim aramızda çoxlu sənədlər imzalanıbdır. Siz bu gün turizm haqqında söhbət açırsınız. O cümlədən turizm sahəsində əməkdaşlıq haqqında bu gün sənəd imzalanıbdır. Yəqin ki, gələn il həm burada, həm də Bakıda mədəniyyət günləri keçiriləcəkdir. Çox əhatəli Birgə Bəyannamə imzalanmışdır. Litva Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini tam dəstəkləyir və bu, Bəyannamədə öz əksini tapmışdır. Yəni biz müttəfiqik və Prezident Adamkusla mənim aramda imzalanmış Bəyannamədə göstərilir ki, bizim münasibətlərimiz strateji tərəfdaşlıq münasibətləridir. Burada yaşayan azərbaycanlılar bu münasibətlərə öz töhfəsini verməlidirlər. Siz həm buranın vətəndaşlarısınız, həm də azərbaycanlısınız, yəni bu işlərdə siz də çox fəal iştirak etməlisiniz. Demək olar ki, biz müstəqillik əldə edəndən bəri son bir neçə il ərzində münasibətlər belə sürətlə inkişaf edir və yeni imkanlar yaranır.

Xaricdə yaşayan azərbaycanlılar bizim səfirlərimizdir, ictimai əsaslarla işləyirlər. Həm Azərbaycanı möhkəmləndirirlər, həm də ki, qüdrətlənən Azərbaycana arxalanırlar, söykənirlər. Azərbaycan dövləti nə qədər güclü olsa, sizin buradakı imkanlarınız da bir o qədər genişlənəcəkdir. Xüsusilə indiki şəraitdə ki, Azərbaycan biznesi Litvaya gəlir və burada böyük işlər görmək niyyətindədir. Mən sizi bu işlərə fəal qoşulmağa dəvət edirəm. Bilirəm ki, siz çox fəalsınız. Burada çoxdan Azərbaycan qurumları, cəmiyyətləri fəaliyyət göstərir. Demək olar ki, hər bir ölkədə Azərbaycan təşkilatları fəaliyyət göstərir. Bu, bizim gücümüzü artırır. Siz burada nə qədər zəngin olsanız, siyasi sahədə, iqtisadi sahədə cəmiyyətə nə qədər sıx inteqrasiya etsəniz, o qədər də Azərbaycanın da maraqları təmin olunacaqdır.

 

Bu işlərdə sizə uğurlar arzulayıram. Həmişə Azərbaycan dövlətinə arxalana bilərsiniz.

MAHİR HƏMZƏYEV (Azərbaycan Cəmiyyətinin sədri): Damarında azərbaycanlı qanı olan hər bir insanın ürəyi vətənlə döyünür. Siz bu gəlişinizlə Litva dövləti ilə Qarabağ haqqında da danışıqlar apardınız. Litva dövləti bu problemə necə baxır? Bizi bu işdə dəstəkləyirlərmi?

İLHAM ƏLİYEV: Bəli, tam şəkildə dəstəkləyirlər. Bunu biz həm bugünkü görüşdə eşitdik və ən əsası, - indi mən deyəcəyəm və mətbuatda dərc olunacaq, mənimlə Prezident Adamkus arasında imzalanmış siyasi Bəyannamədə bu məsələ birmənalı şəkildə öz ifadəsini tapmışdır. Litva Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü tanıyır və məsələnin, münaqişənin ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini mümkün sayır. Bu, təkcə Litva dövlətinin mövqeyi deyildir. Bilirsiniz ki, Litva Avropa İttifaqının üzvüdür və Avropa İttifaqının vahid xarici siyasət konturları artıq müəyyən olunubdur. Avropa İttifaqının mövqeyi bundan ibarətdir, Birləşmiş Millətlər Təşkilatının mövqeyi bundan ibarətdir. Bütün mütərəqqi dünyanın mövqeyi bundan ibarətdir ki, bu məsələ ədalətli, ərazi bütövlüyü çərçivəsində həll olunsun. Biz nə qədər çox dəstək alsaq, gücümüz o qədər də artır. Ancaq o da həqiqətdir ki, bu məsələni gərək biz özümüz həll edək. Özümüz. İqtisadi qüdrəti artırmaqla, hərbi gücü artırmaqla, qüvvələrimizi səfərbər etməklə və bütün azərbaycanlıları bir araya yığmaqla. Əgər bütün azərbaycanlılar bir araya gəlsələr, vahid bir qüvvə kimi çıxış etsələr, məsələ daha da asanlıqla öz həllini tapar. Amma, ilk növbədə, bu, bizim işimizdir. Biz də bunu həll edəcəyik. Mən buna şübhə etmirəm. Əlbəttə ki, Litva-Azərbaycan münasibətlərində bu amil həmişə mövcuddur. Biz Litvanın mövqeyini bəyənirik.

 

Bir halda ki, birlikdən söhbət gedir, artıq burada səfirlik də var. Səfirlik dövlətin rəsmi nümayəndəliyidir, Prezidentin birbaşa elçisidir, nümayəndəsidir. Səfirlik də gərək bütün diaspor təşkilatlarında olan münasibətləri tənzimləsin və xahiş edirəm, siz də öz fəaliyyətinizi səfirliklə razılaşdırın. Səfirliyə Xarici İşlər Nazirliyindən göstərişlər verilib ki, biz burada siyasəti belə dolğun şəkildə, birlik əsasında aparaq. Heç bir ayrı-seçkilik olmamalıdır. Nairə xanım da təcrübəli siyasətçidir. Uzun illər ərzində Avropa Şurası Parlament Assambleyasında Milli Məclisin nümayəndəsi olubdur. Xahiş edirəm ki, burada bu işləri razılaşdırın. Mən gələn ay buraya, energetika sammitinə gələcəyəm.

 

* * *

Prezident İlham Əliyev görüşün sonunda diasporun üzvləri ilə xatirə şəkli çəkdirdi.  

13 sentyabr 2007-ci il

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
QURULTAYA HESABAT
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved