• 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  • 20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb 20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb
  • ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıbABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıb
  • Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib


Tbilisi cümə məscidində görüş


 2004-cü ildə iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Tbilisidəki Cümə məscidinə gəlmişlər.

 

Məscidin axundu, Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan üzrə səlahiyyətli nümayəndəsi məşədi Əli Əliyev və ibadətgaha toplaşanlar dövlətimizin başçısını və xanımını hərarətlə qarşıladılar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə nitq söylədi.

 

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ÇIXIŞI

- Mən Gürcüstana dövlət səfəri edirəm, səfərim çox uğurlu keçir. Azərbaycanın Prezidenti kimi bu, mənim Gürcüstana ilk səfərimdir. Dünən keçirdiyim bütün görüşlərdə, danışıqlarda bir daha əmin oldum ki, Gürcüstan-Azərbaycan dostluğu, birliyi əbədidir, sarsılmazdır. Gürcü, Azərbaycan xalqları həmişə dostluq şəraitində yaşamışlar, həmişə biri-birilərinə kömək etmişlər. Hesab edirəm ki, dünən keçirdiyim görüşlər bu istiqamətdə atılan böyük bir addımdır.

Bilirsiniz ki, bir müddət bundan əvvəl Gürcüstan Prezidenti Azərbaycanda rəsmi səfərdə olmuşdur və bu səfər də çox uğurlu keçmişdir. Müxtəlif sənədlər imzalanmışdır. Bu dəfə də mən böyük heyətlə Gürcüstana gəldim. Burada bizim nümayəndə heyətinin tərkibində nazirlər, komitə rəhbərləri, Milli Məclisin üzvləri təmsil olunurlar. Bu da çox əlamətdar bir haldır. Mən istəyirəm ki, bütün səviyyələrdə bizim insanlarımız, vəzifəli şəxslər biri-biriləri ilə ünsiyyətdə olsunlar.

Əlbəttə ki, burada yaşayan azərbaycanlıların taleyi bizi çox maraqlandırır, biz bu məsələyə biganə qala bilmərik. Biz çox istəyirik ki, burada yaşayan azərbaycanlılar Gürcüstan cəmiyyətində daha da yüksək yerləri tuta bilsinlər.

Mən bu gün Borçalıya gedirəm və Gürcüstan Prezidenti ilə birlikdə orada olacaq, vəziyyətlə tanış olacağam. Eyni zamanda, orada yaşayan soydaşlarımızla da görüşlər olacaqdır. Bizim xoşbəxt gələcəyimiz, Gürcüstanın, Azərbaycanın gələcəyi bizim birliyimizdədir. Bilirsiniz ki, bizi birləşdirən böyük, nəhəng layihələr vardır. Böyük işlər var, bu işlər də uğurla davam edir. Azərbaycanın da, Gürcüstanın da öz dövlət müstəqilliyini daha da möhkəmləndirməsi istiqamətində bizim birliyimiz çox böyük amildir, böyük şərtdir. Ona görə də artıq deyə bilərəm ki, mənim səfərim çox uğurlu səfər olubdur. Bütün müzakirə etdiyimiz məsələlərdə bizdə fikir ayrılığı yoxdur, bir mövqedəyik. Əlbəttə ki, burada yaşayan azərbaycanlıların gələcəyi, onların taleyi müzakirə mövzusu olmuşdur. Təhsillə bağlı, mədəniyyətlə bağlı, ümumiyyətlə, azərbaycanlıların ictimai həyatda iştirakı ilə bağlı məsələlər müzakirə edilmişdir. Ümid edirəm ki, bu səfərdən sonra bizim ənənəvi dostluq, qardaşlıq münasibətlərimiz daha da inkişaf edəcəkdir.

Sağ olun, çox təşəkkür edirəm.

15 iyun 2004-cü il 

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİK XARTİYASI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved