• Fuad Muradovun Gürcüstana ilk rəsmi səfəri  Gürcüstan mətbuatında geniş işıqlandırılıbFuad Muradovun Gürcüstana ilk rəsmi səfəri Gürcüstan mətbuatında geniş işıqlandırılıb
  • Gürcüstanın Starvision televiziya kanalında  Fuad Muradovun müsahibəsi yayımlanacaqGürcüstanın Starvision televiziya kanalında Fuad Muradovun müsahibəsi yayımlanacaq
  • Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşübGürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşüb
  • Bolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilibBolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilib
  • Diaspor rəhbəri Misirin nüfuzlu  televiziya kanalının qonağı olub.Diaspor rəhbəri Misirin nüfuzlu televiziya kanalının qonağı olub.


Rusiya Federasiyasındakı Azərbaycan vətəndaşlarının problemlərinin həlli haqqında


 Rusiya Federasiyası ərazisində ticarətlə məşğul olan Azərbaycan vətəndaşlarının problemlərinin həlli haqqında 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Rusiya Federasiyası hökumətinin 15 noyabr 2006-cı il tarixli 683 nömrəli qərarına əsasən, 2007-ci il yanvarın 15-dən ölkə ərazisində miqrantların ticarətlə məşğul olmasına məhdudiyyət qoyulur. Qərar müvafiq olaran bu ölkədə ticarətlə məşğul olan çoxsaylı Azərbaycan vətəndaşlarına da şamil olunacaqdır.
 
Rusiya Federasiyası ərazisində ticarətlə məşğul olan Azərbaycan vətəndaşlarının rastlaşacağı problemlərin həlli məqsədilə qərara alıram:
 
1. Rusiyada ticarət fəaliyyəti ilə məşğul olan Azərbaycan vətəndaşlarının problemlərinin öyrənilməsi və həlli ilə bağlı aşağıdakı tərkibdə dövlət komissiyası yaradılsın:
Komissiyanın sədri
Yaqub Eyyubov - Azərbaycan Respublikası Baş nazirinin birinci müavini
Komissiyanın üzvləri
Elmar Məmmədyarov - Azərbaycan Respublikasının xarici işlər naziri
Şahin Mustafayev - Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri
Füzuli Ələkbərov - Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri
Ramil Usubov - Azərbaycan Respublikasının daxili işlər naziri
Ziya Məmmədov - Azərbaycan Respublikasının nəqliyyat naziri
İsmət Abbasov - Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri
Nazim İbrahimov - Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri
Zeynal Nağdəliyev - Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri
Əli Həsənov - Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İctimai-siyasi məsələlər şöbəsinin müdiri
Novruz Məmmədov - Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Xarici əlaqələr şöbəsinin müdiri
Polad Bülbüloğlu - Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri
Məmməd Əliyev - Ümumrusiya Azərbaycanlıları Konqresinin sədri
2. Komissiya bir ay müddətində tədbirlər planı hazırlayıb təsdiq etsin və onun həyata keçirilməsini təmin etsin. Görülmüş işlər haqqında mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
 
 
 
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
 
Bakı şəhəri, 22 noyabr 2006-cı il
nömrə 1788  
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved