• Fuad Muradovun Gürcüstana ilk rəsmi səfəri  Gürcüstan mətbuatında geniş işıqlandırılıbFuad Muradovun Gürcüstana ilk rəsmi səfəri Gürcüstan mətbuatında geniş işıqlandırılıb
  • Gürcüstanın Starvision televiziya kanalında  Fuad Muradovun müsahibəsi yayımlanacaqGürcüstanın Starvision televiziya kanalında Fuad Muradovun müsahibəsi yayımlanacaq
  • Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşübGürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşüb
  • Bolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilibBolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilib
  • Diaspor rəhbəri Misirin nüfuzlu  televiziya kanalının qonağı olub.Diaspor rəhbəri Misirin nüfuzlu televiziya kanalının qonağı olub.


Azərbaycanın diaspor təşkilatlarının fəaliyyətinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında


 Azərbaycanın diaspor təşkilatlarının fəaliyyətinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası öz dövlət müstəqilliyinin bərpasına nail olduqdan sonra xaricdəki soydaşlarımızın təşkilatlanması, Azərbaycan icmalarının fəaliyyətinin əlaqələndirilməsi və onların digər diaspor təşkilatları ilə əməkdaşlığının dərinləşdirilməsi sahəsində mühüm addımlar atılmışdır.
 
Xalqımızın ümummilli lideri Heydər Əliyevin bilavasitə təşəbbüsü və iştirakı ilə Dünya Azərbaycanlılarının Bakı şəhərində 2001-ci ildə keçirilən birinci qurultayı ölkəmizin və xaricdə yaşayan həmvətənlərimizin həyatında xüsusi ictimai-siyasi əhəmiyyətə malik hadisə olmaqla, diaspor təşkilatlarımızın təşəkkül tapmasına sanballı töhfələr vermişdir.
 
Diasporumuzun daha mütəşəkkil qüvvəyə çevrilməsində və yeni mərhələdə onun fəaliyyətinin başlıca istiqamətlərinin müəyyənləşdirilməsində Dünya Azərbaycanlılarının respublikamızın paytaxtında keçirilmiş ikinci və üçüncü qurultaylarının müstəsna rolu vardır.
 
Bu gün ayrı-ayrı ölkələrdə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, xalqımızın zəngin mədəni irsinin, misilsiz tarixi nailiyyətlərinin təbliğinin genişləndirilməsi üçün çox sayda tədbirlər gerçəkləşdirilir. Azərbaycan dövlətinin milli inkişaf strategiyasının əsas prinsiplərini rəhbər tutmaqla hazırda respublikamızın hüdudlarından kənarda yaşayan soydaşlarımızın problemlərinin həllinə yönələn iri miqyaslı layihələr həyata keçirilməkdədir. Görülən bütün bu işlərin uğurla davam etdirilməsi və diaspor quruculuğunun müasir reallıqlara uyğun şəkildə aparılmasının təmin olunması məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
 
1. Azərbaycanın diaspor təşkilatlarının fəaliyyətinin gücləndirilməsi üçün Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə 3,0 (üç) milyon manat ayrılsın.
 
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.
 
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
 
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
 
Bakı şəhəri, 6 iyul 2012-ci il.
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-03-01
XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLILAR ÜÇÜN YADDAŞ
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved