• V Qlobal Bakı Forumu başa çatıbV Qlobal Bakı Forumu başa çatıb
  • Qlobal Bakı Forumu panel müzakirələrlə davam edibQlobal Bakı Forumu panel müzakirələrlə davam edib
  • V Qlobal Bakı Forumunda gənclərin iştirakı ilə keçən plenar sessiyası maraqlı müzakirələrlə yadda qalıbV Qlobal Bakı Forumunda gənclərin iştirakı ilə keçən plenar sessiyası maraqlı müzakirələrlə yadda qalıb
  • V Qlobal Bakı Forumunda Avropanın gələcəyinə dair müzakirələr aparılıbV Qlobal Bakı Forumunda Avropanın gələcəyinə dair müzakirələr aparılıb
  • V Qlobal Bakı Forumunda beynəlxalq münasibətlərdə Çinin rolu müzakirə olunubV Qlobal Bakı Forumunda beynəlxalq münasibətlərdə Çinin rolu müzakirə olunub


Qaraşova Tamella


 Sual: Gürcüstan vənəndaşları Azərbaycana gəldikdə neçə gün qeydiyyatsız qala bilərlər?

 

Cavab: 1 aprel 2013-cü il tarixdən  Azərbaycan Respublikasına 3 gündən artıq müddətə gələnəcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar.

 

Bunun üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qaldığı yerin (mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və ya digər belə ictimai yerlər) müdiriyyəti və ya mənzilin, digər yaşayış sahəsinin sahibi(“qəbul edən tərəf”) 3 gün ərzindəəcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anketi və həmin şəxsin pasportunun surətini poçt, elektron poçt (qeydiyyat@migration.gov.az) vasitəsi ilə və ya şəxsən Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti təqdim etməlidir.

 

Ərizə-anketin blankları  Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətindən və ölkə üzrə bütün poçt şöbələrindən əldə edilir. Ərizə-anketin elektron forması Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin internet informasiya ehtiyatında (www.migration.gov.az) yerləşdirilir.

Ərizə daxil olduqdan sonra müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti) dərhal əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi olduğu yer üzrə qeydiyyata alır və bu barədə 1 iş günü ərzində qəbul edən tərəfə yazılı məlumat verir.

 

Aşağıdakı müddətlərə qeydiyyata alınırlar:

 

  • viza əsasında gələnlər - vizada göstərilən qalma müddətinə;
  • viza tələb olunmayan qaydada gələnlər - 90 gün müddətinə.

 

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması üçün dövlət rüsumu ödənilmir.

 

Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yerdən getdikdə, qəbul edən tərəf bu barədə müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti) məlumat verir və bu məlumat əsasında onlar olduğu yer üzrə qeydiyyatdan çıxarılır. Qeydiyyat müddəti başa çatdıqda əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər qeydiyyatdan çıxarılmış hesab edilir.

 

Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduğu yeri dəyişdikdə, o, yuxarıda nəzərdə tutulmuş qaydada yeni olduğu yer üzrə qeydiyyata alınmalıdır.

http://migration.gov.az

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-11-09
AZƏRBAYCANIN MADDİ-MƏNƏVİ İRSİ
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved