• Diaspor Gənclərinin I Yay Düşərgəsi təşkil edilirDiaspor Gənclərinin I Yay Düşərgəsi təşkil edilir
  • Fuad Muradovun Gürcüstana ilk rəsmi səfəri  Gürcüstan mətbuatında geniş işıqlandırılıbFuad Muradovun Gürcüstana ilk rəsmi səfəri Gürcüstan mətbuatında geniş işıqlandırılıb
  • Gürcüstanın Starvision televiziya kanalında  Fuad Muradovun müsahibəsi yayımlanacaqGürcüstanın Starvision televiziya kanalında Fuad Muradovun müsahibəsi yayımlanacaq
  • Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşübGürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşüb
  • Bolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilibBolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilib


Talıbov Taleh


Sual: “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanununa edilmiş dəyişikliklərdə xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikası vətəndaşının bir ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat vermədiyi təqdirdə məsuliyyət daşımasına dair müddəlar bu qanun qüvvəyə minənədək xarici ölkələrin vətəndaşlığını qəbul etmiş şəxslərə şamil edilirmi?

Cavab: Xeyr, şamil edilmir.

İzah: Azərbaycan Respublikası Prezidentinin 27 iyun 2014-cü il Fərmanı ilə təsdiq edilmiş  “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu”nun 2-ci maddəsinə uyğun olaraq xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşının bir ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməsi, belə məlumatı verməyən şəxslərin Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşımasına dair müddəlar bu qanun qüvvəyə minənədək xarici ölkələrin vətəndaşlığını qəbul etmiş şəxslərə şamil edilmir.

Əsas: “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu”.

Maddə 2. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin ikinci hissəsi və 18-ci maddəsinin birinci hissəsinin 1-ci bəndi ilə müəyyən olunmuş müddəalar bu Qanun qüvvəyə minənədək digər ölkənin vətəndaşlığını əldə etmiş şəxslərə şamil edilmir.

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-03-16
DÜNYA AZƏRBAYCANLILARININ II QURULTAYI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved