• Yeni sədr kollektivə təqdim olunubYeni sədr kollektivə təqdim olunub
  • "Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli Sərəncamına əlavələr edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  • Nazim İbrahimov Ümumdünya Ukraynalılar Konqresinin sədri ilə görüşübNazim İbrahimov Ümumdünya Ukraynalılar Konqresinin sədri ilə görüşüb
  • Türkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyibTürkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib
  • Avropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıbAvropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıb


Xəbərlər


FRANSA TELEVİZİYASINDA AZƏRBAYCANLA BAĞLI VERİLİŞ YAYIMLANIB
2009-09-18 | 11:13 |

FRANSA TELEVİZİYASINDA AZƏRBAYCANLA BAĞLI VERİLİŞ YAYIMLANIB

İqtisdi cəhətdən sürətlə inkişaf edən, gündən-günə simasını dəyişən və gözəlləşən Azərbaycan son zamanlar təkcə siyasətçilərin deyil, həmçinin xarici kütləvi informasiya vasitələrinin də diqqətini cəlb etməyə başlamışdır. Buna qədim və müasir abidələr, yaraşıqlı və dəbdəbəli restoranlar, zəngin milli mətbəx, məşhur incəsənət xadimləri barədə verilişləri ilə Avropanın əksər ölkələrində yayımlanan "Luxe.TV" kanalının Azərbaycanla bağlı verilişinin sentyabrın 12-də və 13-də hər 3 saatdan bir təkrar olaraq göstərilməsi əyani sübutdur.

Bir saatlıq verilişin əvvəlində Azərbaycanın zəngin və qədim tarixi, son illər aparılan quruculuq işləri barədə söhbət açılmış, paytaxt Bakının görməli yerləri nümayiş etdirilmiş, Azərbaycan Tarixi Muzeyindəki zəngin eksponatların hər biri barədə ətraflı məlumat verilmişdir. Muzeyin elmi işçisi qədim kişi və qadın geyimləri, miskərlik və dulusçuluq sənət nümunələri, silahlar, hərbi geyimlər və digər eksponatlar haqqında ayrılıqda söhbət açmışdır.

Verilişin incəsənətə həsr olunmuş hissəsində rəssam Altay Sadıqzadə rəngkarlıq tarixindən, fırçasının məhsulu olan ayrı-ayrı rəsm əsərlərindən danışmışdır.

Azərbaycan xalqının məşğuliyyətində mühüm yer tutan xalçaçılıq sənətinə verilişdə xüsusi yer ayrılmışdır. Xalça muzeyindən hazırlanmış hissədə bu sənətin qədimliyinə toxunulmuş, dünya xalçaçılıq sənətində Azərbaycan xalçaçılığının özünəməxsus yeri olduğu vurğulanmış, ipliklərin boyanması, xalçaların əl və maşınla toxunması nümayiş etdirilmiş, xalı, gəbə, kilim, palaz, xurcun kimi toxuculuq nümunələrinin hər bir ailənin həyatına daxil olduğu qeyd edilmişdir.

Verilişdə zəngin Azərbaycan mətbəxinə geniş yer ayrılmışdır. Bakının mərkəzində, məşhur Qız qalası yaxınlığında yerləşən “Köhnə şəhər” restoranından hazırlanmış hissədə baş aşbaz Şahhüseyn Kərimov mətbəximizin ayrı-ayrı nümunələri barədə ətraflı məlumat vermiş, süfrəmizin bəzəyi şah plovun hazırlanmasını əyani şəkildə nümayiş etdirmişdir.

Yay günlərində bakılıların və qonaqların istirahət üçün daha çox üstünlük verdikləri dəniz sahilindəki çimərlikərlərdə təşkil olunmuş istirahət zonalarından da verlişdə ətraflı bəhs olunmuş, “Retro” guşəsindən ayrıca söhbət açılmışdır.

Azərbaycanı fransızlara ətraflı tanıtmaq baxımından bu veriliş mühüm əhəmiyyət kəsb edir.

 





2018-04-24 |
2018-04-24 |
2018-04-23 |
2018-04-20 |
2018-04-20 |
2018-04-20 |
2018-04-19 |
2018-04-18 |
2018-04-18 |
2018-04-17 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLILAR ÜÇÜN YADDAŞ (məlumat kitabı)
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved