• 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  • 20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb 20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb
  • ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıbABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıb
  • Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib


Xəbərlər


ALMANİYADA MİLLİ AZLIQIAR BAYRAMI KEÇİRİLİB
2009-09-18 | 11:19 |

ALMANİYADA MİLLİ AZLIQIAR BAYRAMI KEÇİRİLİB

Almaniyanın Maynts şəhərində milli azlıqlar bayramı keçirilib. Maynts bələdiyyəsinin dəstəyi ilə hər il təşkil olunan bayramın məqsədi bu şəhərdə yaşayan və Almaniyanı özünə ikinci Vətən seçən 165 xalqın nümayəndələrinin bu ölkənin cəmiyyətinə inteqrasiyası prosesini gücləndirmək, millətlərararası anlaşmanı daha da asanlaşdırmaqdır. Tədbirə qatılan Maynts Azərbaycan Cəmiyyətinin ölkəmizin təbliği məqsədilə yüksək səviyyədə hazırladığı tanıtım lövhəsi digər xalqların təmsilçilərinin böyük marağına səbəb olub. Diasporla İş üzrə Dövlət Komitəsi və Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin yardımı ilə təşkil olunan sərgidə Azərbaycanın tarixini, coğrafiyasını, iqtisadi imkanlarını, mədəniyyətini, incəsənətini, turizm resurslarını əks etdirən, o cümlədən Dağlıq Qarabağ münaqişəsinə, işğal altında olan torpaqlarımıza, bu torpaqlardan məcburən köçkün salınmış insanlara aid kitablar nümayiş etdirilib və bu nəşrlər maraq göstərənlərə hədiyyə verilib. Tədbirdə Maynts Milli Azlıqlar Məclisinin üzvü Ruslana Süleymanova, Frankfurt Azərbaycanlılar Cəmiyyətinin sədri Kəmalə Isgəndərova, Maynts Azərbaycan Cəmiyyətinin idarə heyəti üzvlərindən Ruhan Gök, Annelise Kömür və digər soydaşlarımız ölkəmizlə bağlı daha geniş bilgi əldə etmək istəyən Almaniya vətəndaşlarına Azərbaycan Respublikasının tarixi, ədəbiyyatı, mədəniyyəti və milli mətbəxi barədə ətraflı məlumat təqdim ediblər. Bundan başqa „Qarabağ“ adlı Azərbaycan milli rəqs qrupunun ifa etdiyi rəqslərimiz də bayram iştirakçılarının alqışları ilə qarşılanıb.

Tədbir zamanı Maynts bələdiyyəsinin sədri Yens Boytel, Bundestaq
üzvlüyünə namizədlərdən Mixael Hartman və Migel Vicente Avropa Azərbaycanlıları Konqresinin prezidenti, Maynts Azərbaycan Cəmiyyətinin sədri Başar Kömürlə görüsüb, Azərbaycanla Almaniya arasında inkişaf edən əlaqələrin daha da genişlənməsi və möhkəmlənməsinə maraq göstərdiklərini
bildiriblər.





2018-01-19 |
2018-01-18 |
2018-01-18 |
2018-01-16 |
2018-01-16 |
2018-01-11 |
2018-01-04 |
2018-01-02 |
2017-12-29 |
2017-12-28 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2006-03-16
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved