• Milanda keçirilən beynəlxalq rəqs müsabiqəsində soydaşımız qalib olubMilanda keçirilən beynəlxalq rəqs müsabiqəsində soydaşımız qalib olub
  • Yeni sədr kollektivə təqdim olunubYeni sədr kollektivə təqdim olunub
  • "Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli Sərəncamına əlavələr edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  • Nazim İbrahimov Ümumdünya Ukraynalılar Konqresinin sədri ilə görüşübNazim İbrahimov Ümumdünya Ukraynalılar Konqresinin sədri ilə görüşüb
  • Türkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyibTürkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib


Xəbərlər


ALMANIYADAKI SOYDAŞLARIMIZ DAHI BƏSTƏKAR ÜZEYIR HACIBƏYOVUN XATIRƏSINI ANACAQLAR.
2009-09-18 | 11:33 |

ALMANIYADAKI SOYDAŞLARIMIZ DAHI BƏSTƏKAR ÜZEYIR HACIBƏYOVUN XATIRƏSINI ANACAQLAR.

Sabah, sentyabrın 18-də Berlində Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzində Azərbaycan klassik musiqisinin banisi Üzeyir Hacıbəyovun anadan olmasının 124 illiyi münasibətilə tədbir keçiriləcək. Azərbaycan musiqisi gününün Berlində qeyd olunduğu bu tədbir "Xalq musiqisi tükənməz bir xəzinədir" devizi altında təşkil ediləcək. Gecədə Ü. Hacıbəyovun "Koroğlu" operasından Üvertüra səsləndiriləcək, Azərbaycanın Almaniyadakı Səfirliyinin ikinci katibi Ramil Fərzəliyev qonaqlara Azərbaycanda hər il keçirilən "Üzeyir musiqi günü" ilə bağlı məlumat verəcək. AAKM-nin icraçı direktoru Samirə Patzer-İsmayılova "Üzeyir Hacıbəyovun irsi",  Potzdam Universitetinin doktorantı  Maisə Əliyeva isə "Üzeyir Hacıbəyovun həyat pillələri" mövzusunda çıxışlar edəcəklər. Tədbirdə dahi Üzeyir Bəyin publisistikası haqqında da danışılacaq. Gecədə ölməz bəstəkarın “O olmasın bu olsun” musiqili komediyası əsasında çəkilmiş bədii  filmdən parçalar göstəriləcək. Tədbir Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyinin dəstəyi ilə keçiriləcək.

 





2018-04-26 |
2018-04-24 |
2018-04-24 |
2018-04-23 |
2018-04-20 |
2018-04-20 |
2018-04-20 |
2018-04-19 |
2018-04-18 |
2018-04-18 |
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved