• ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıbABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıb
  • Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib
  • Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edib
  • 20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib


Xəbərlər


ABŞ-IN
2009-09-23 | 12:57 |

ABŞ-IN

Amerika Birləşmiş Ştatları yəhudilərinin ən böyük media vasitələrindən biri olan "Yəhudi jurnalı" sentyabrın 21-də Azərbaycanla bağlı məqalə dərc etmişdir. Jurnalın baş redaktoru Rob Eşmanın müəllifi olduğu "Müsəlman prezidenti "Şana Tova" deyir” yazısı Azərbaycan Prezidenti İlham Əliyevin yəhudi xalqının milli Yeni il bayramı - “Roş Haşana” münasibəti ilə ölkəmizin yəhudi icmasına göndərdiyi təbriklə bağlıdır.
Yazıda vurğulanır ki, indiyə qədər heç bir müsəlman dövlətinin başçısı öz ölkəsində yaşayan yəhudilərə "Şana Tova"- "xoş yeni il" arzulamamışdır. "Yəhudi jurnalı" Prezident İlham Əliyevin təbrik məktubunun tam mətnini çap edərək bildirmişdir ki, Azərbaycan dövlətinin başçısının sözləri yalnız mesaj olaraq qalmır. Azərbaycan əsrlərdən bəri tolerantlıq ənənələri ilə tanınan və İsraillə fəal münasibətlər quran ölkədir. Buna sübut kimi, “Yəhudi jurnalı” öz müxbirinin 2008-ci ildə Azərbaycana səfərini xatırladır. Müxbirin verdiyi xəbərlərə görə, Azərbaycan yəhudiləri dövlətin ayrılmaz hissəsinə çevrilmişdirlər. Onlar azsaylı olsalar da, yəhudi icmasının mövcudluğu qəbul edilir və tanınır. Jurnalın heyəti öz növbəsində Prezident İlham Əliyevə "Şana Tova" diləyərək Azərbaycan müsəlmanları və yəhudilərinə əmin-amanlı il arzu edir.

 





2018-01-18 |
2018-01-16 |
2018-01-16 |
2018-01-11 |
2018-01-04 |
2018-01-02 |
2017-12-29 |
2017-12-28 |
2017-12-28 |
2017-12-28 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-03-01
XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLILAR ÜÇÜN YADDAŞ
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved