• 20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb 20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb
  • ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıbABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıb
  • Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib
  • Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edib


Xəbərlər


KİYEVDƏKİ AZƏRBAYCAN DİASPORU DAHA DA FƏALLAŞIR
2009-09-23 | 13:02 |

KİYEVDƏKİ AZƏRBAYCAN DİASPORU DAHA DA FƏALLAŞIR

"Aviakompaniya" Aerosvit" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) ofisində Ukrayna Azərbaycanlılar Konqresi (UAK) ilə "Aviakompaniya "Aerosvit" QSC arasında müqavilə imzalanmışdır. Bizim diasporun Ukrayna paytaxtında yaşayan üzvlərinin “biznesklass” və “ekonomklass” salonlarında güzəştli tariflərlə daşınması barədə Müqaviləni UAK-ın Kiyev şəhər təşkilatının sədri Oleq Krapivin və QSC-nin kommersiya üzrə baş direktorunun birinci müavini Ursula Zillinq imzalamışlar.
Qeyd etmək lazımdır ki, Azərbaycanın və SSRİ-nin əməkdar idman ustası və əməkdar məşqçisi, sərbəst güləş üzrə keçmiş SSRİ, Avropa və dünya birinciliklərində dəfələrlə qalib gəlmiş Oleq Krapivin UAK-ın Kiyev şəhər təşkilatının sədri seçiləndən sonra diasporumuz xeyli fəallaşmışdır. Məhz O.Krapivinin təşəbbüsü ilə bu il Kiyev məktəblərinin birində Azərbaycan dili sinfi açılmışdır, burada müxtəlif tədbirlər – Novruz bayramı şənlikləri, milli musiqi konsertləri, Azərbaycan mətbəxi xörəklərinin təqdimatı, idman turnirləri keçirilir. Yeri gəlmişlən, tezliklə bu məktəbdə açılacaq idman zalında azərbaycanlı uşaqlar, həmçinin Oleq Krapivinin rəhbərliyi ilə güləş sirlərini öyrənəcəklər.
Güzəştli tariflər barədə imzalanmış müqavilə Kiyevdə yaşayan həmvətənlərimizin öz tarixi vətənlərinə - Azərbaycana daha tez-tez gəlməsinə imkan verəcəkdir.

 





2018-01-18 |
2018-01-18 |
2018-01-16 |
2018-01-16 |
2018-01-11 |
2018-01-04 |
2018-01-02 |
2017-12-29 |
2017-12-28 |
2017-12-28 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-09-29
TÜRKDİLLİ XALQLARIN DİASPORLARI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved