• 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  • 20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb 20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb
  • ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıbABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıb
  • Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib


Xəbərlər


MOSKVADA AZƏRBAYCANLA DOSTLUQ CƏMİYYƏTİNİN İCLASI OLUB
2009-09-23 | 17:56 |

MOSKVADA AZƏRBAYCANLA DOSTLUQ CƏMİYYƏTİNİN İCLASI OLUB

Moskvada, İTAR-TASS agentliyinin mərkəzi ofisində Azərbaycanla Dostluq Cəmiyyəti Regionlararası İctimai Təşkilatının iclası olmuşdur. İclasın əsas mövzusu Rusiya və Azərbaycan ictimaiyyəti arasında dostluq əlaqələrinin, mədəni və işgüzar əməkdaşlığın inkişafına kömək məsələsidir.

İclasın işində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Azərbaycanla Dostluq Cəmiyyətinin prezidenti, Rusiya Dövlət Humanitar Universitetinin rektoru Yefim Pivovar, Cəmiyyətin birinci vitse-prezidentləri – səfir Vasili İstratov və İTAR-TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman, vitse-prezident – “Baybakov Fondu”nun idarə heyətinin sədri Aleksandr Romaşin, senatorlar Vladimir Ruşaylo və Andrey Xazin, “Lukoyl” xeyriyyə fondunun direktoru Nelli Ələkbərova, tanınmış teleaparıcı Nikolay Svanidze, RF Konstitusiya Məhkəməsinin müşaviri Marat Baqlay, "Forum Holl"un bədii rəhbəri Boris Krasnov, əfsanəvi futbolçu Yuri Kuznetsov və Rusiya ictimaiyyətinin Azərbaycanla bağlı olan digər görkəmli nümayəndələri iştirak etmişlər.

Azərbaycanla Dostluq Cəmiyyətinin prezidenti Yefim Pivovar iclası açaraq bu cəmiyyətin rəhbəri seçilmək kimi yüksək şərəfə layiq görüldüyü üçün təşəkkürünü bildirmişdir. İclasın yeni tərkibdə keçirildiyini vurğulayan Y.Pivovar uzun illər boyu əfsanəvi neftçi Nikolay Baybakovun başçılıq etdiyi Cəmiyyətin əvvəlki tərkibinin fəaliyyətini yüksək qiymətləndirmişdir. O demişdir: "Çox şadam ki, Azərbaycanın Rusiyadakı səfirliyi ilə sıx əlaqəli şəkildə işləyirik, öz işimizdə həmkarlarımızın, cəmiyyətin yeni tərkibinin müxtəlif istiqamətlər üzrə nümayəndələrinin əvvəlki təcrübəsini nəzərə alacağıq". Onun sözlərinə görə, yaxın illər üçün iş planı hazırlanmışdır, mədəniyyət, idman, biznes, hər iki ölkənin kütləvi informasiya vasitələri ilə qarşılıqlı əlaqələr, diaspor və digər istiqamətlər üzrə bir sıra layihələr vardır. Y.Pivovar vurğulamışdır: "Biz diasporlarımızın rahat yaşamasını istəyirik və buna hər vasitə ilə şərait yaradacağıq. Əsas vəzifə iki ölkənin müsbət obrazının yaranmasına maksimum kömək etmək və onu gücləndirməkdir. Bunun üçün bizim bütün imkanlarımız və hələlik gerçəkləşdirə bilmədiyimiz ehtiyatlar var. Hərçənd, çox iş görülmüşdür və görülməkdədir. Ölkələrimizin rifahı naminə bu təcrübədən mütləq istifadə edəcəyik. Yeni yanaşmalar və təkliflər də var, işimizdə onları nəzərə alacağıq".

Cəmiyyətin birinci vitse-prezidenti Mixail Qusman təbrik müraciətində qeyd etmişdir ki, Rusiyada müxtəlif ölkələrlə dostluq cəmiyyətləri çoxdur. Lakin uzun illər boyu bu Cəmiyyətə başçılıq etmiş N.Baybakovun vəfatından sonra Cəmiyyət əvvəlki qədər fəal olmamışdır. N.Qusman demişdir: “Buna görə çox xoşdur ki, bu görüşün keçirilməsi üçün məkan funksiyasını yerinə yetirən bizim agentlikdə Azərbaycanı sevən insanlar toplaşmışdır, biz qarşımızda duran bütün məsələləri müzakirə edə bilərik. Burada toplaşan insanların həyatının müxtəlif mərhələləri Azərbaycanla sıx bağlıdır. Həqiqətən, biz hamımız istəyirik ki, Azərbaycanla Dostluq Cəmiyyətinin həyatı dolğun olsun, müxtəlif səpkili – mədəni, humanitar, ictimai-siyasi, sosial, idman, elmi, biznes yönümlü layihələrin sayı çox olsun. Bizim fəaliyyətimizin məzmunu həmin layihələrdən ibarət olmalıdır”.

Çıxış edənlər vurğulamışlar ki, Azərbaycan Rusiya üçün dost qonşu ölkədir. İki dövlət arasında tarixən qarşılıqlı əlaqələr mövcud olmuşdur, bu ölkələrin xalqları səmimi qardaşlıq münasibətlərini bu günə qədər qoruyub saxlayırlar. Federasiya Şurasının üzvü Vladimir Ruşaylo xüsusu qeyd etmişdir ki, iki ölkə arasında ümumi cəhətlər çoxdur və yalnız səylərimizi birləşdirməklə qlobal dünyada özümüzü daha inamlı hiss edə bilərik.

Sonda Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxış etmişdir. O, görüşün bütün iştirakçılarına təşəkkürünü bildirərək Azərbaycanla Dostluq Cəmiyyətinin dirçəldilməsinin vacibliyini qeyd etmişdir. P.Bülbüloğlu demişdir: "Mən Azərbaycanla Rusiya arasında dostluq missiyasını praktikada həyata keçirən bir insan kimi çox istərdim ki, bu şanlı Cəmiyyətin ənənələri davam etdirilsin. Azərbaycanı bütün dünyada məşhurlaşdırmış akademik Landau, Rixard Zorge, Mstislav Rostropoviç, Bella Davidoviç kimi görkəmli bakılılarla yanaşı, bu şəxsiyyətlər qədər məşhur olmayan, lakin Azərbaycanla Rusiya arasında həmişə mövcud olmuş görünməz dostluq tellərini böyük məmnuniyyətlə möhkəmlədən, səmimi qarşılıqlı münasibətləri qoruyub saxlayan insanlar çoxdur. Əfsanəvi Nikolay Baybakov bu cəmiyyəti yaradanda ulu öndər, ümummilli liderimiz Heydər Əliyev bu təşəbbüsə çox diqqətlə yanaşmışdır". Səfir təşəbbüs göstərdiyinə görə Mixail Qusmana, habelə bu Cəmiyyətə başçılıq etməyə razılıq vermiş Yefim Pivovara, Cəmiyyətin işinə qoşulmuş Vasili İstratova, Cəmiyyətin digər üzvlərinə xüsusi təşəkkürünü bildirmişdir. Diplomat əmin etmişdir ki, cəmiyyətin inkişafı və onun fəaliyyətinin stimullaşdırılması üçün hər şey ediləcəkdir.

Səfir demişdir: "Azərbaycan Prezidenti İlham Əliyev bu Cəmiyyətin təsis edilməsi təşəbbüsünü çox yüksək qiymətləndirmiş və onu hər cür dəstəkləməyə hazır olduğunu bildirmişdir". Diplomat görüşə yekun vuraraq demişdir ki, burada toplaşmış insanların bu cür səmimi istəkləri cəmiyyətin fəal işləyəcəyini və ölkələrimiz arasında mövcud olan dostluq əlaqələrində fəal iştirak edəcəyini güman etməyə əsas verir.

 





2018-01-19 |
2018-01-18 |
2018-01-18 |
2018-01-16 |
2018-01-16 |
2018-01-11 |
2018-01-04 |
2018-01-02 |
2017-12-29 |
2017-12-28 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-09-29
TÜRKDİLLİ XALQLARIN DİASPORLARI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved