• Yeni sədr kollektivə təqdim olunubYeni sədr kollektivə təqdim olunub
  • "Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli Sərəncamına əlavələr edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  • Nazim İbrahimov Ümumdünya Ukraynalılar Konqresinin sədri ilə görüşübNazim İbrahimov Ümumdünya Ukraynalılar Konqresinin sədri ilə görüşüb
  • Türkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyibTürkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib
  • Avropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıbAvropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıb


Xəbərlər


Türkiyə parlamenti xarici əlaqələr komissiyasının sədri Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı bəyanat yaymışdır
0000-00-00 | 11:29 |

Türkiyə parlamenti xarici əlaqələr komissiyasının sədri Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı bəyanat yaymışdır
Türkiyə parlamenti xarici əlaqələr komissiyasının sədri Volkan Bozkır Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı bəyanat yaymışdır.
Bəyanatda deyilir ki, bu qətliamı bir daha kədərlə anmaq və qınamaqla yanaşı, Türkiyə azərbaycanlı qardaşlarının Xocalıda qarşı-qarşıya qaldıqları bu vəhşətin acısını hər zaman hiss edir və dərin duyğularla paylaşır. Ermənistan qoşunları tərəfindən törədilmiş vəhşi qətliamda 106-sı qadın, 63-ü uşaq və 70-i qocalar olmaqla 613 Azərbaycan vətəndaşı qətlə yetirilmiş, 487 nəfər yaralanmış, 1275 dinc sakin əsir alınmışdır. Həmin tarixdə itkin düşmüş 150 insanın aqibətindən isə hələ də xəbər yoxdur.
Bəşəriyyətə qarşı cinayət olan və bütün dünya birliyinin vicdanını sızladan bu vəhşi qətliam bir insanlıq faciəsi kimi yaddaşlarda yer almışdır. Bəşər tarixinin ən qara səhifələrindən biri olan Xocalı qətliamı nəticə etibarı ilə bölgədə sülh, təhlükəsizlik və sabitlik baxımından bu gün də bir problem təşkil edir. Barbar təcavüzün nəticəsində 1 milyona yaxın azərbaycanlı qardaşımız yurdlarını tərk etmək məcburiyyətində qalmış, 20 ildir köçkün həyatı yaşayır. Bu cinayətlərin təkrar olunmaması üçün beynəlxalq birlik qətliama layiq olduğu qiyməti verməli və lazımi etiraz nümayiş etdirməlidir. Bu məsələdə azərbaycanlı qardaşlarımızla həmrəylik içərisində olduğumu ifadə etmək istəyirəm. Eyni zamanda, Ermənistana da işğal etdiyi Azərbaycan torpaqlarını azad etməsi müraciətini təkrarlamağı vacib bilirəm.




2018-04-24 |
2018-04-24 |
2018-04-23 |
2018-04-20 |
2018-04-20 |
2018-04-20 |
2018-04-19 |
2018-04-18 |
2018-04-18 |
2018-04-17 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİK XARTİYASI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved