• 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  • 20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb 20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb
  • ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıbABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıb
  • Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib


Xəbərlər


OSLODA AZƏRBAYCAN MUSIQISI SƏSLƏNƏCƏK
2009-06-14 | 15:47 |

OSLODA AZƏRBAYCAN MUSIQISI SƏSLƏNƏCƏK

Sabah-iyunun 13-də Norveçin paytaxtı Oslo şəhərində Azərbaycan musiqisindən ibarət konsert olacaq. Norveç Azərbaycanlı Gənclər Təşkilatının təşkil etdiyi konsertdə Elməddin İbrahimov (muğam ifaçısı), Sahib Paşazadə (tar) və Toğrul Əsədullayevdən (kamança) ibarət muğam üçlüyü ilə yanaşı, müğənnilər Lalə Məmmədova, Rəşad İlyasov, Əfqan Rəsul və digər incəsənət xadimləri çıxış edəcəklər. Konsertdən sonra Norveç Azərbaycanlı Gənclər Təşkilatının Polşalı üzvü Justyna Rozadskanın hazırladığı "Müasir və Qədim Azərbaycan" və "FOCUS: Norveç və Azərbaycan Gənclərinin Dostluq və Əməkdaşlığı"-na həsr olunmuş fotosərgilərin açılışı olacaq. Sərgidə Güney Azərbaycana, Bakı və Osloya həsr olunmuş rəsimlər də nümayiş etdiriləcək. Sərgidə qonaqlara Azərbaycan şirniyyatı təqdim olunacaq. Norveç Azərbaycanlı Gənclər Təşkilatının rəhbəri Ramil Əliyevin verdiyi xəbərə görə, bu cür konsert və sərgilərin keçirilməsindən məqsəd Norveçdə yaşayan soydaşlarımızı bir araya gətirmək və onlara həm klassik muğam, həm də müasir Azərbaycan musiqisini yüksək səviyyədə təqdim etməkdir. Belə layihələr həmçinin Azərbaycan mədəniyyətini norveçlilərə və Norveçdə yaşayan əcnəbilərə tanıtmaqda da vöyük rol oynayır. Buna görə də Norveç Azərbaycanlı Gənclər Təşkilatı Osloda yaşayan soydaşlarımıza maraqlı bir müraciət ünvanlayıb. Müraciətdə xahiş olunur ki, hər bir azərbaycanlı konsertə norveçli və ya hər hansı əcnəbi dostu lə gəlsin.
Qeyd edək ki, konsertə və sərgiyə qatılan qonaqlara Azərbaycanın bu gününə, xüsusilə Dağlıq Qarabag münaqişəsinə dair kitablar, jurnallar, eləcə də ölkəmizin turizm imkanlarına aid materiallar təqdim olunacaq.





2018-01-19 |
2018-01-18 |
2018-01-18 |
2018-01-16 |
2018-01-16 |
2018-01-11 |
2018-01-04 |
2018-01-02 |
2017-12-29 |
2017-12-28 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-09-29
TÜRKDİLLİ XALQLARIN DİASPORLARI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved