• Fuad Muradovun Gürcüstana ilk rəsmi səfəri  Gürcüstan mətbuatında geniş işıqlandırılıbFuad Muradovun Gürcüstana ilk rəsmi səfəri Gürcüstan mətbuatında geniş işıqlandırılıb
  • Gürcüstanın Starvision televiziya kanalında  Fuad Muradovun müsahibəsi yayımlanacaqGürcüstanın Starvision televiziya kanalında Fuad Muradovun müsahibəsi yayımlanacaq
  • Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşübGürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşüb
  • Bolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilibBolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilib
  • Diaspor rəhbəri Misirin nüfuzlu  televiziya kanalının qonağı olub.Diaspor rəhbəri Misirin nüfuzlu televiziya kanalının qonağı olub.


Xəbərlər


ABS-IN CORCTAUN UNİVERSİTETİ AMERİKA-AZƏRBAYCAN STRATEJİ TƏRƏFDAŞLIQ MÜNASİBƏTLƏRİNƏ HƏSR EDİLMİŞ KONFRANS KEÇİRİB
2009-09-23 | 15:34 |

ABS-IN CORCTAUN UNİVERSİTETİ AMERİKA-AZƏRBAYCAN STRATEJİ TƏRƏFDAŞLIQ MÜNASİBƏTLƏRİNƏ HƏSR EDİLMİŞ KONFRANS KEÇİRİB

Vaşinqtonda işgüzar səfərdə olan Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov Obama hakimiyyətinin yüksək səviyyəli nümayəndələri ilə ABS-ın Xəzər hövzəsi və Qafqaz bölgəsinə dair siyasətini müzakirə etmişdir. A.Əzimov ikitərəfli əlaqələrin genişləndirilməsi və dərinləşdirilməsini ABŞ müdafiə nazirinin beynəlxalq siyasət üzrə müavini Sendi Vebşou, dövlət katibinin Avropa və Avrasiya siyasəti üzrə müavini Nesi Makeldauni və siyasi-hərbi məsələlər üzrə müavini Endru Şapiro, eləcə də Konqresin Nümayəndələr Palatasında Avropa üzrə altkomitənin sədri Robert Uekslerlə söhbətləri zamanı diqqətdə saxlamışdır.
Nazir müavini Araz Əzimov, həmçinin sentyabrın 18-də Vaşinqtonun nüfuzlu Corctaun Universitetində keçirilən konfransda Azərbaycan diplomatik xidmətinin yaradılmasının 90 illiyinə həsr edilmiş “ABŞ-Azərbaycan strateji tərəfdaşlığı: yeni ikitərəfli və regional meyarlar” mövzusunda çıxış etmişdir. Ölkəmizin Vaşinqtondakı səfirliyi və universitetin Avrasiya, Rusiya və Şərqi Avropa Araşdırmaları Mərkəzi tərəfindən birgə təşkil edilən konfransı giriş sözu ilə Azərbaycanın Vaşinqtondakı səfiri Yaşar Əliyev açmışdır. O qeyd etmişdir ki, illik ənənəvi foruma çevrilən bu konfrans ABŞ-ın yeni siyasi mövsümündə ölkəmizin vacibliyini xatırlatmaq, yaşadığımız mürəkkəb və dinamik bölgənin reallıqlarını və potensialını çatdırmaq üçün gözəl imkan idi.

Konfransda mövzu üzrə ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Uilyam Berns, Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov, dövlət katibinin demokratiya və insan haqları üzrə sabiq müavini Deyvid Kremer, eləcə də Senatın Xarici Münasibətlər üzrə Komitəsinin sabiq üzvü Chak Heyqlz cıxış etmişlər.
Natiqlər ABŞ-Azərbaycan münasibətlərinin cəmləşdiyi əsas üç sahə - enerji, təhlükəsizlik, iqtisadi və demokratik islahatlar üzrə əməkdaşlığa nəzər salmış, yeni siyasi tövsiyələrlə çıxış etmişlər.

Dövlət katibinin müavini Uilyam Berns vurğulamışdır ki, Azərbaycan Birləşmiş Ştatlar üçün əhəmiyyət kəsb edən, Avropa, Asiya və Yaxın Şərq bölgələrinin kəsişməsində duran strateji tərəfdaşdır. Ölkələrimiz antiterrordan tutmuş, qlobal maliyyə böhranının nəticələrinin aradan qaldırılması da daxil olmaqla, geniş mövzular üzrə əməkdaşlıq edir. Sabit və inkişaf edən Azərbaycan sabit və çiçəklənən Qafqaz bölgəsi deməkdir. O qeyd etmişdir ki, Birləşmiş Ştatlar Azərbaycanın bazar iqtisadiyyatı yolu ilə gedən demokratik dövlət kimi müvəffəqiyyət qazanmasını, qonşuları ilə sülh şəraitində yaşamasını arzu edir. Bu, təkcə Azərbaycanın deyil, ABŞ-ın da marağındadır. Cənab Berns bildirmişdir ki, ABŞ Azərbaycanın Dağlıg Qarabağla baglı təhlükəsizlik narahatçılığını yaxşı anlayır. Prezident Barak Obama və dövlət katibi Hillari Klinton münaqişənin dinc yolla həll edilməsini dəstəkləmək üçün əllərindən gələni etməyə hazırdırlar. Prezident İlham Əliyev və Prezident Sarkisyan arasında sülhməramlı danışıqların son mərhələsini xatırladan dövlət katibinin müavini, bu səylərin növbəti görüş zamanı konkret nəticələrə gətirəcəyinə ümid bəslədiyini bildirmişdir.

 





2018-06-21 |
2018-06-20 |
2018-06-20 |
2018-06-20 |
2018-06-19 |
2018-06-18 |
2018-06-16 |
2018-06-16 |
2018-06-16 |
2018-06-14 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-03-16
DÜNYA AZƏRBAYCANLILARININ II QURULTAYI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved