• 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  • 20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb 20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb
  • ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıbABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıb
  • Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib


Xəbərlər


RUSIYADA YAŞAYAN 36 AZƏRBAYCAN VƏTƏNDAŞI BU ÖLKƏNIN NÜFUZLU ALI MƏKTƏBLƏRINDƏ TƏHSIL ALMAQ HÜQUQU QAZANIB
2009-06-14 | 16:05 |

RUSIYADA YAŞAYAN 36 AZƏRBAYCAN VƏTƏNDAŞI BU ÖLKƏNIN NÜFUZLU ALI MƏKTƏBLƏRINDƏ TƏHSIL ALMAQ HÜQUQU QAZANIB

Ümumrusiya Azərbaycan Konqresi yanında qəbul komissiyası Rusiyada yaşayan Azərbaycan vətəndaşlarının bu ölkənin ali təhsil müəssisələrinə qəbulu ilə bağlı keçirilən imtahanın nəticələrini açıqlayıb. APA-nın Moskvadakı müxbirinin verdiyi məlumata görə, qəbul komissiyasının sədri, Ümumrusiya Azərbaycan Konqresinin təhsil komitəsinin rəhbəri Tofiq Məlikli bu il Rusiyanın müxtəlif universitetlərində ayrılmış 128 yerə 122 ərizənin qəbul olunduğunu deyib. Ayrılmış yerlərdən 20-yə yaxını Moskva ali məktəblərinin, digərləri isə regionlardakı ali təhsil müəssisələrinin payına düşür. İmtahanın nəticələrinə görə Rusiyada yaşayan 36 Azərbaycan vətəndaşı bu ölkənin nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq hüququ əldə ediblər. Onların sənədləri artıq Azərbaycan Tələb Qəbulu üzrə Dövlət Komissiyasına göndərilib. Nəticələr təsdiqləndikdən sonra sənədlər Rusiya Təhsil və Elm Nazirliyinə geri qaytarılacaq.
Tofiq Məlikli Rusiyada yaşayan soydaşlarımızın Plexanov adına Rusiya İqtisadi Akademiyası, Bauman adına Moskva Dövlət Texniki Universiteti, Seçenev adına Rusiya Tibb Akademiyası, Moskva DÖvlət Dillər Universiteti, Sankt-Peterburq Dövlət Universiteti, Rusiya Xalqlar Dostluğu Universiteti kimi aparıcı ali məktəblərə qəbul olunduqlarını deyib. Qeyd edək ki, test üsulu ilə keçirilən imtahanlarda minimum keçid balı 200, maksimum bal isə 600 təşkil edib. Bəzi abituriyentlər imtahanda 565-570 kimi yüksək bal toplayıblar.





2018-01-19 |
2018-01-18 |
2018-01-18 |
2018-01-16 |
2018-01-16 |
2018-01-11 |
2018-01-04 |
2018-01-02 |
2017-12-29 |
2017-12-28 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2009-10-14
AZƏRBAYCAN-TÜRKİYƏ: BİR MİLLƏT İKİ DÖVLƏT VAHİD DİASPOR
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved